 | POPULYARXƏBƏRLƏR |




|
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və İslam İnkişaf Korporasiyası (ICD) bu ilin oktyabr ayında birgə investisiya şirkəti yaratmaq niyyətindədir. Şəriət qaydaları ilə işləyəcək bu qurum müxtəlif investisiya layihələrini maliyyələşdirəcək. AİŞ-dən "APA-ECONOMICS"ə verilən məlumata görə, artıq müştərək investisiya şirkətinin yaradılması ilə bağlı aparılan hazırlıq işləri son mərhələdədir.
Ətraflı| Şərhlər: 0 | Дата: 25 Sentyabr, 2007
|
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Şəki şöbəsinin sentyabrın 20-də keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan 4 rayon sakini sərbəst buraxılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. RPŞ-dən bildirilib ki, Şəkidə vəhhabiliyin təbliğində günahlandırılan rayon sakinləri Taleh Məmmədov, Rauf Qasımov, Cahangir Çələbiyev və Aqil Məmmədov istintaqa ifadə verdikdən sonra buraxılıblar.
Ətraflı| Şərhlər: 0 | Дата: 24 Sentyabr, 2007
|
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü Şahid Qurbanov və Sahib Kazımov yenidən piyada Bakıdan Məkkəyə yola düşüb. Marafonun ilk günündə Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən zəvvarlar Ulu öndərin abidəsi önünə əklil qoyaraq ona hörmət və ehtiramlarını bildiriblər. Sonra Şəhidlər Xiyabanına gələn zəvvarlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçən şəhidləri ziyarət ediblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 22 Sentyabr, 2007
|
Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin Şəki şəhər şöbələrinin birgə keçirdikləri əməliyyat nəticəsində qeyri-qanuni dini fəaliyyətlə məşğul olan qrup yaxalanıb. 8 nəfərlik dəstə üzvləri Şəki şəhərində ictimaiyyət tərəfindən qəbul edilməyən mövhumatçılıq və təxribata cəhddə gunahlanıdırılır.
Ətraflı| Şərhlər: 0 | Дата: 22 Sentyabr, 2007
|
Əziz müsəlmanlar! Bərəkət, rəhmət və bağışlanma ayı olan Ramazan ayındayıq. Hamımızın bu ayın bərəkətlərinə qovuşan, bu ayda bağışlanan bəndələrdən olmağımızı Allahdan diləyirəm. Allah din qardaşlarımıza xeyirli ömür, gözəl əxlaq, iti zehin, sağlamlıq və doğru yol qismət etsin.
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Sentyabr, 2007
|
ABŞ Dövlət Departamenti dini etiqad azadlığı ilə bağlı illik hesabatını açıqlayıb. Sənəddə Azərbaycanda əvvəlki illərə nisbətən mühüm irəliləyişlərin olduğu qeyd olunub. Hesabatda Azərbaycandakı dini icmaların statistikasından söhbət açılır və bildirilir ki, ölkədə dini strukturlar azad toplaşma hüququna malikdir. Hökumət dinlərarası anlaşmaya yardım edir. Azərbaycanda dini icmaların sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur. Müxtəlif dini qruplar hökumətin müdaxiləsi olmadan görüşlər keçirə bilirlər. Ölkədə olan dini vəziyyəti müzakirə etmək üçün ölkə rəsmiləri ilə dindarlar arasında forumlar təşkil olunur.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Sentyabr, 2007
|
Azərbaycanın sünni və şiələri arasında bununla bağlı razılıq əldə edilib
Azərbaycanda islam dininin sünni və şiə təriqətləri arasında azanın verilmə vaxtı ilə bağlı razılıq əldə edilib. Bunu bu gün keçirdiyi mətbuat konfransında Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bəyan edib. Onun sözlərinə görə, bundan sonra məscidlərdə azan eyni vaxtda veriləcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 12 Sentyabr, 2007
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, orucluq sentyabrın 13-dən başlayır, niyyət axşamı isə sentyabrın 12-dir.
Ətraflı| Şərhlər: 0 | Дата: 12 Sentyabr, 2007
|
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Ramazan ayı sentyabrın 13-də başlanacaq. QMİ gündəlik orucun başlama və qurtamrma saatları ilə bağlı mübahisələri aradan qaldırmaq üçün xüsusi kitab da hazırlayıb. Kitabda Ramazan ayının tarixçəsi, gündəlik dualar, namazların dəqiq vaxtları, həmçinin gündəlik orucun başlama və qurtarma saatları göstərilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 12 Sentyabr, 2007
|
Azərbaycanlı islamşünas alim Elmir Quliyev Rusiya Müftilər Şurasının medalı ilə təltif olundu...
Moskvada XX Beynəlxalq Kitab Yarmarkası çərçivəsində "Rusiyada İslam kitabı" adlı layihənin ilkin nəticələrinin təqdimat mərasimi keçirilib. Tədbirdə Rusiya Müftilər Şurasının sədr müavini, İslam Təhsili Şurasının sədri Marat Murtazin, Dövlət Dumasının deputatı, Rusiya-İslam Dünyası Strateji Araşdırmalar Mərkəzinin prezidenti Şamil Sultanov və yaradıcı ziyalıların nümayəndələri iştirak edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 12 Sentyabr, 2007
|
|
|
777 səhifədən 773 << < 769 770 771 772 773 774 775 776 777 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|