 | POPULYARXƏBƏRLƏR |




|
Şeyx Azərbaycan xalqına Şuşada və işğal altında olan torpaqlarımızda namaz qılmağı, ibadət etməyi arzulayıb
Müsəlmanların müqəddəs Ramazan ayı başa çatır. Bu gün Ramazanın sonuncu günüdür. Bayram Azərbaycanda 2 gün - oktyabrın 12 və 13-də qeyd ediləcək. Oktyabrın 13-ü şənbəyə düşdüyündən oktyabrın 15-i də iş günü olmayacaq. Ümumilikdə oktyabrın 12-si, 13-ü, 14-ü və 15-i ölkədə iş günü sayılmayacaq.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Milli Təhlükəsizlik Nazirliyi Sumqayıt şəhərində əməliyyat keçirib. APA-nın hazırda Sumqayıtda olan əməkdaşının verdiyi məlumata görə, ötən gecədən etibarən Sumqayıt şəhərinin girişində postlar qurulub və şəhərə daxil olan, həmçinin ərazini tərk edən avtomobillər yoxlanılır.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Azərbaycan Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin Sumqayıtda keçirdikləri birgə əməliyyatın təfərrüatlarını öyrənmək mümkün olub. APA-nın hüquq-mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumata görə, MTN-nin və Sumqayıt Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyatları Azərbaycanda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb əsilli bir nəfərin axtarışı ilə bağlıdır. Axtarış əsasən əhalinin sıx olduğu yerlərdə - avtovağzal, dayanacaqlar, bazarlarda aparılır. Artıq ərəb əsilli vətəndaşın şəkli əməliyyatçılara paylanıb. Onun tək olduğu ehtimal edilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Əziz müsəlmanlar! Bildiyiniz günü bu gün müqəddəs bir gün, Ramazan bayramının birinci günüdür. Allah bayramınızı mübarək, tutduğunuz oruc və etdiyiniz ibadətləri qəbul etsin! Bildiyimiz kimi, İslamda iki böyük bayram var: Üç gün davam edən Fitir, yəni Ramazan bayramı və dörd gün sürən Qurban bayramı. Üç gün müddəti olan Ramazan bayramı hicri-qəməri təqvimlə Şəvval ayının 1-dən 3-ə kimi davam edir.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
ABŞ prezidenti Corc Buş Orucluq bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müqəddəs Ramazan ayının başa çatması ilə əlaqədar Orucluq bayramı münasibətilə Azərbaycan prezidentinə ən xoş arzularını çatdırıb: "Ümid edirəm ki, Ramazan ayı zamanı müsəlmanların bütün dünyada bayram etdiyi dəyərlər – xeyriyyəçilik, qurbankəsmə və mərhəmətlik – azadlıq, dözümlülük və bütün xalqlar arasında sülhə nail olmaq məqsədilə yeni səylərə yol göstərəcək. Qoy gələn il Sizin üçün və Azərbaycan xalqı üçün çiçəklənmə və cansağlığı ili olsun".
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Zaqatalanın mərkəzi bazarında fəaliyyət göstərən ibadət evində saqqallı şəxslərin namaz qılmasına qadağa qoyulub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna vəhhabi təriqətinin üzvü olmaqda günahlandırılan rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, Zaqatala rayon Polis Şöbəsinin sahə müvəkkili Nəsib Musayev bazarda ticarətlə məşğul olan dindarları toplayaraq, onlara saqqallarını qırxmaq tapşırığı verib. O, əks təqdirdə saqqal saxlayan dindarların ibadət evinə buraxılmayacağını bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Bu gün Bakının Qala kəndində "Mədəniyyətin qorunması üçün Səfir Fondu" layihəsi çərçivəsində Qala məscidinin bərpasına başlanması ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, məscid ABŞ-ın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bərpa olunacaq. Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib ki, bu, səfirlik tərəfindən Azərbaycanda həyata keçirilən ikinci layihədir. İlk olaraq Qax rayonunun Qum kəndindəki məscidin bərpa olunmasına başlanılıb və ilin sonunadək orada işlər başa çatacaq. XVII-XVIII əsrlərə aid Qala məscidinin bərpasına isə 38 min dollar ayrılıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
"İslam aləmi Orucluq bayramını oktyabrın 12-də qeyd edəcək". "Turan"a açıqlamasında "Təzə Pir" məscidinin axundu Hacı Faiz Nağızadə qeyd edib ki, bu il Ramazan ayı birinci günü sentyabrın 13-dən olmaqla 29 gün davam edəcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Oktyabr, 2007
|
Bu il həyata keçiriləcək Həcc ziyarətində iştirak etmək üçün sənəd qəbulu başa çatmaq üzrədir. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. Şöbə müdiri bu günə kimi artıq 2900 nəfərin ziyarətdə iştirak etmək üçün sənəd verdiyini deyib. Onun sözlərinə görə, avtobusla Həccə getmək istəyənlər üçün limit başa çatıb. Belə ki, avtobusla Həccə gedəcək 1700 nəfər zəvvarın hamısı sənədlərini QMİ-yə təqdim edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Oktyabr, 2007
|
"Nardaran kəndini İran dövlətinin maraqlarına xidmət etməkdə ittiham edənlər ABŞ-a, İsrailə və beynəlxalq sionizmə xidmət edir. Nardaranda heç vaxt Azərbaycan dövlətinin maraqlarının əleyhinə fikir söylənməyib". Bu sözləri Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri, Nardaran kənd ağsaqqalı Hacı Hacıağa Nuri APA-ya açıqlamasında deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Oktyabr, 2007
|
|
|
777 səhifədən 770 << < 766 767 768 769 770 771 772 773 774 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|