Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, orucluq sentyabrın 13-dən başlayır, niyyət axşamı isə sentyabrın 12-dir.
Orucluq oktyabrın 12-də başa çatacaq və şəvvalın hilalının görünməsindən asılı olaraq Ramazan Bayramı oktyabrın 12-si, yaxud 13-nə təsadüf edəcək. QMİ Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı rəsədxanasının verdiyi hesablamaya əsasən, imsaq və iftar vaxtlarının cədvəlini də hazırlayıb. Orucluğun birinci günü imsaq saat 6.10-da, iftar isə 20.09-dadır. Bu, orucluğun ən uzun davam edəcəyi gündür. Sonrakı günlərdə isə günün qısalması ilə əlaqədar olaraq orucluq vaxtı get-gedə azalır.