 | POPULYARXƏBƏRLƏR |




|
İmam Sadiq (ə): "Allah-taala sadəlövhlərin ruzisini bol etdi ki, əql sahibləri ibrət alsın və bilsinlər ki, dünya çalışmaq və zirəkliklə əldə olunmaz".
Ətraflı| Şərhlər: 0 | Дата: 23 Oktyabr, 2019
|
İmam Səccad (ə) buyurub: “Agah olun! Hər kəs Allah övliyası ilə düşmənçilik etsə, Allah dinindən başqa bir din seçsə, Allah vəlisinə etina etməsə və öz rəyinə əməl etsə bədənləri atəş şölələri arasına daxil olar. Bunlar elə bədənlərdir ki, ruhlarını əldən vermiş və bədbəxtlik onlara qələbə çalmışdır. Bunlar elə ölülərdir ki, atəşin hərarətini dərk etmirlər. Əgər diri olsaydılar atəşin əzabını və hərarətini dərk edərdilər. Ey bəsirət sahibləri! İbrət alın və Allaha sizi hidayət etdiyinə görə həmd edin.”
Ətraflı| Şərhlər: 0 | Дата: 26 Sentyabr, 2019
|
İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının birində buyurmuşdur: "Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!"
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Sentyabr, 2019
|
Bir nəfər böyük alimlərdən birinin yanına gedib, gördüyü yuxunu yozmasını xahiş edir. Həmin adam yuxuda görübmüş ki, dişləri ilə İmam Hüseynin (ə) ətini didib çeynəyir.
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Sentyabr, 2019
|
İmam Əli (ə): "Varlıların Allah yanında olan savabı əldə etmək üçün yoxsullara qarşı təvazökar olmaları necə də gözəldir. Ondan gözəl isə yoxsulların Allaha arxalanaraq varlılara etinasızlıqları və əyilməmələridir".
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Avqust, 2019
|
İmam Əli (ə): "Kim kiçik müsibət və kədərləri böyük saysa, Allah onu onların daha böyüyünə düçar edər".
Ətraflı| Şərhlər: 0 | Дата: 12 İyun, 2019
|
Mövlana Cəlaləddin Ruminin müasiri olan hakimlərdən biri şairdən xahiş etdi ki, ona nəsihət versin.
Ətraflı| Şərhlər: 0 | Дата: 12 Aprel, 2019
|
Ən qədim mənbələrdən olan "Əl-Ğarat" əsərinin müəllifi İbrahim ibn Məhəmməd Səqəfi müəllimindən belə bir xatirə nəql etmişdir: “Uşaq idim. Atam məni özü ilə birlikdə Kufə məscidinə Cümə namazına aparmışdı. Adam çox idi. Atam məni boynuna mindirdi. İmam Əlinin (ə) xütbə oxuyarkən əbasının qolunu yellədiyini gördüm. Atama dedim, hava isti, adam da çox olduğu üçün deyəsən Əli ibn Əbutalibə çox istidir, paltarının qollarını yellədir. Atam dedi: “Yox, oğul, məsələ isti-soyuqluq deyil. Sadəcə, Əlinin vur-tut, cəmi bir paltarı var. Paltarını yuyub, qurutmağa fürsəti olmayıb. İndi yaş paltarının qollarını yellədir ki, qurusun”.
Ətraflı| Şərhlər: 0 | Дата: 23 Fevral, 2019
|
İmam Əli (ə): "Şübhə haqqa bənzər və oxşar olduğu üçün şübhə adlandırılmışdır. İman və etiqad Allah dostlarının şübhəli görünən işlərdə işığıdır. Yolları hidayət və nicat yoludur. Ancaq Allahın düşmənlərini o şübhələrə dəvət edən azğınlıq, bələdçiləri isə korluq və sərgərdanlıqdır. Deməli, (Allah dostlarının ardıcılları ölümdən və öldürülməkdən qorxmur. Çünki) qorxan üçün hər halda ondan nicat və qurtuluş yoxdur. Diri qalmaq istəyən də həmişə diri qalmayacaqdır".
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Yanvar, 2019
|
Günlərin birində günahlarının sayını itirmiş kişini kənd məscidinə imam təyin etdilər. Əvvəlcə o çox etiraz etdi, bu vəzifəni istəmədiyini, dindən uzaq olduğunu söylədi. Amma qarşı tərəfin inadı məsələni həll etdi.
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Dekabr, 2018
|
|
|
50 səhifədən 1 1 2 3 4 5 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|