POPULYARXƏBƏRLƏR

Ramazan ayı, axirəti qazanmaq üçün bir fürsətdir

Əziz müsəlmanlar! Bərəkət, rəhmət və bağışlanma ayı olan Ramazan ayındayıq. Hamımızın bu ayın bərəkətlərinə qovuşan, bu ayda bağışlanan bəndələrdən olmağımızı Allahdan diləyirəm. Allah din qardaşlarımıza xeyirli ömür, gözəl əxlaq, iti zehin, sağlamlıq və doğru yol qismət etsin.

Ramazan ayı çox mübarək bir aydır. Bu ayda edilən hər bir əməl başqa aylarda edilən əməllərdən daha üstündür. Bu ayda yerinə yetirilən bir vacib əməl başqa aylarda yerinə yetirilən yetmiş vacib əməl kimidir. Bu ayda bir oruc tutana iftar verənin günahları bağışlanar, cəhənnəmdən xilas olar. Oruc tutanın savabı qədər ona da savab verilər. Bu ayda əmri altında olan işçilərin işlərini yüngülləşdirən, onların ibadət etməsinə şərait yaradan iş adamları da əfv olunar. Ramazan ayında Həzrəti Peyğəmbər əsirləri azad edər, istədikləri şeyi verərdi.

Sevimli müsəlmanlar! Unutmayaq ki, bu ayda ibadət edib xeyir əməl işləyənlərə bütün il boyu bu əməlləri işləmək nəsib olur. Bu aya hörmətsizlik edənin, bu ayda günah işləyənin isə bütün ili günah işləməklə keçər. Ona görə də bu ayı fürsət bilərək bacardığımız qədər çox ibadət etməliyik, bacardığımız qədər Allah-Təalanın bəyəndiyi işləri görməliyik. Hamımız bu ayı axirəti qazanmaq üçün fürsət bilməliyik. Bu ay müqəddəs bir aydır. Müqəddəs Qurani-Kərim Ramazanda nazil olmuşdur. Min aydan daha xeyirli olan Qədr gecəsi bu aydadır.

Əziz möminlər! Oruc tutan zaman bütün qaydalarına riayət etmək lazımdır. Oruc yalnız ac-susuz qalmaqdan ibarət deyildir. nəfsimizi təmizləməli, əxlaqımızı gözəlləşdirməli, bədənimizin bütün üzvlərini pis işlərdən uzaq tutmalıyıq. Əlimizə, dilimizə, gözümüzə, qulağımıza sahib olmalıyıq. Yoxsa bu aydan bizə sadəcə aclıq və susuzluq qalar, heç bir savab qazanmarıq.

Bu ayda hər gecə cəhənnəmə girməli olan minlərlə müsəlman bağışlanır, azad olunur. Bu ayda cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır. Şeytanlar zəncirlənir və Allah-Təala rəhmət qapılarını açır. Allah bu mübarək ayda Ona layiq olduğu şəkildə ibadət etməyi və razı olduğu yol ilə getməyi hamımıza nəsib etsin! Bizi bu Ramazanı ən gözəl şəkildə yaşayanlardan etsin!

Əziz müsəlmanlar! Ramazan ayının dəyərini bilək. Bu ayı sanki son Ramazanımız kimi yaşayaq. Kim bilir, bəlkə gələn Ramazanı görə qismət olmadı. Axirəti qazanmaq üçün bizə verilmiş bu fürsəti əldən qaçırmayaq. Bəlkə bir daha əlimizə belə bir fürsət düşmədi. Amma bu ayda vərdiş halına gətirdiyimiz müstəhəb əməllərə Ramazan bitdikdən sonra da davam etməyə çalışaq. Axirətimiz üçün olan işləri dünyamız üçün olan işlərə qurban verməyək.

Allah tutduğumuz orucu və bütün ibadətlərinizi qəbul, oruc tutmayan bacı və qardaşlarımızı bu yola dəvət etməyə bizi müvəffəq etsin!



Yerləşdirilib:21 Sentyabr, 2007  21:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com