 | POPULYARXƏBƏRLƏR |




|
Əziz müsəlman bacı və qardaşlar! Bu həftədən başlayaraq, saytımızda "Cümə xütbəsi" adlı yeni rubrika açılır. Bu rubrikada Siz İslam dininin əqidə əsaslarına, dinimizin tarixinə, əxlaqi normalara, habelə, müsəlmanların bugünkü həyatında qarşıya çıxan əsas ictimai mövzulara aid maraqlı yazılar oxuyacaqsınız. Həm Ramazan ayının gəlişi münasibətilə, həm də yeni bölməyə "xeyir-dua" məqsədilə birinci həftəni Həzrəti Muhəmməd Peyğəmbərin (s) Ramazan xütbəsindən hissələrlə başlamağı qərara aldıq.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Sentyabr, 2007
|
Əziz müsəlmanlar! Bildiyiniz kimi, Uca Allah varlığını və təkliyini insanlara çatdırmaq üçün müxtəlif zamanlarda peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlərin arasında Həzrəti Muhəmmədin (s.ə.s.) müstəsna bir yeri vardır. Bütün peyğəmbərlər və rəsullar onu mücdələyiblər. Bütün səmavi kitablarda ondan söz açılıb. Yəni bütün elçilər onun mücdəçiləri, nazil olunan kitablar da onun peyğəmbərlərinin şahidləridir.
Ətraflı| Şərhlər: 1 | Дата: 5 Noyabr, 2007
|
I yazı
"(Ya Rəsulum) Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!" (Kəhf, 6).
Allah-Təala peyğəmbərləri insanlar arasından seçərək onları İslamı təbliğ edib öyrətməklə vəzifələndirmişdir. Həzrəti Peyğəmbərimiz (s.ə.s.) bu vəzifəni yerinə yetirərkən tayı-bərabəri olmayan bir əzmkarlıq, yüksək fədakarlıq göstərmiş, səbir və dözüm nümunəsi olmuşdur.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
II yazı
Rəsulullah (s.ə.s.) məhz belə bir güclü imanla insanların İslam günəşi ilə nurlana bilməsi üçün bütün gücünü sərf edirdi. Abdullah ibn Cahş Nəhlə səfərində bir neçə nəfəri əsir götürmüşdü. Onların arasında Hakəm ibn Keysan da var idi. Həzrəti Peyğəmbər (s.ə.s.) Hakəmi İslama dəvət edir. İslamın şərtlərindən uzun-uzadı danışır və heç bir şübhə qalmasın deyə, söylədiklərini dönə-dönə təkrar edir. Peyğəmbərimizin bu qədər səylə dəvət etməsinə baxmayaraq, Hakəmin müsəlman olmadığına qəzəblənən Hz. Ömər deyir: "Ya Rəsulullah! Niyə bu qədər danışırsan. Vallah, o, heç vaxt müsəlman olan deyil. İcazə ver, boynunu vurum, cəhənnəmə vasil olsun". Lakin Peyğəmbərimiz Hakəmə İslamdan danışmağa davam edir. Hakəm diqqətini toplayaraq: "İslam nədir?" deyə soruşur. Hz. Muhəmməd (s.ə.s.) buyurur: "Allaha heç bir şeyi şərik qoşmadan ibadət etmək və Muhəmmədin də onun qulu və elçisi olduğuna şəhadət gətirməkdir". Hakəm: "Müsəlman oldum" - deyir. Bundan sonra Allahın Rəsulu səhabələrinə tərəf çevrilərək: "Əgər mən bir az əvvəl sizin dediyinizi etsəydim, o indi cəhənnəmə getmişdi" - deyə buyurur.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Təbliğ və dəvət fəaliyyətində uğur əldə edə bilmək üçün müəyyən bir metod və proqramla hərəkət etmək lazımdır. Dəvət əhli məqsədinə nail ola bilmək üçün Etibarlı və düzgün metodlar tətbiq etmək məcburiyyətindədir. Əgər bu metod səhv və doğru yoldan uzaqlaşdıran bir şəkildədirsə, o halda uğur qazanmaq mümkün deyildir. Bu baxımdan dəvət metodu, dəvətin bir parçası sayılmalıdır.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Həzrəti Peyğəmbər (s.ə.s.) ibadət həyatını təmizlik üzərinə qurmuşdur. Çünki insanın ruhən təmiz olmasında, yaxşı əməllərə meyil etməsində və pis əməllərdən çəkinməsində maddi təmizliyin böyük təsiri vardır. Bu barədə Allah-Təala belə buyurur: "... Allah tövbə edənləri və (təmiz) pak olanları sevər" (Bəqərə, 222).
Ətraflı| Şərhlər: 1 | Дата: 4 Yanvar, 2008
|
Bu kainatın nuru, Böyük fəxri, qüruru, İnsanların şüuru, Kamalısan, Muhəmməd!
Ətraflı| Şərhlər: 4 | Дата: 8 Fevral, 2008
|
Nəbilər nəbisi Pеyğəmbərimizin Аllаh-Təаlаyа оlаn təzimi kimi оnа duyduğu məhəbbət də bizim anlayamayacağımız və ifadə edə bilməyəcəyimiz qədər gеniş və sоnsuzdur. Həyаtın əsаsını təşkil еdən və ilаhi bir cövhər оlаn məhəbbət, dоstluğun səmimi və sаf hаlıdır. Məhəbbət sеvgiliyə qоvuşmа, оnun gözəlliyini görmə həyəcаnı içində оlаn qəlbin еhtirasa gəlib çоşmаsıdır.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 May, 2008
|
İctimai münasibətlərdə önəmli yerlərdən birini zarafat tutur. Bəzən hansısa fikrimizi incə şəkildə çatdırmaq üçün, bəzən isə sadəcə başqalarının könlünü açmaq üçün xoş zarafatlardan, yumordan istifadə edirik. Zarafat sözü "zərafə" (zəriflik, incəlik) kökündən gəlir və bu da onu göstərir ki, zarafat incə və zərif eyham deməkdir. Bəzən zarafat adı altında yalan danışır, başqalarını təhqir edir, insanların qəlbini qırırıq. Təbii ki, bu cür "zarafatları" incə adlandırmaq olmaz və bunlar İslamın da ruhuna ziddir. Bəs görəsən sevimli Peyğəmbərimizin (s.ə.s.) zarafata münasibəti necə olub və ümumiyyətlə hər hərəkətiylə müsəlmanlara örnək təşkil edən bu kamil insan nə cür zarafat edib?
Ətraflı| Şərhlər: 1 | Дата: 16 İyul, 2008
|
Bìr nəfər Peyğəmbərimizlə görüşəndə: “Əs-səlamu əleykum”, - dedì
Ətraflı| Şərhlər: 3 | Дата: 21 Dekabr, 2011
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|