Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin Şəki şəhər şöbələrinin birgə keçirdikləri əməliyyat nəticəsində qeyri-qanuni dini fəaliyyətlə məşğul olan qrup yaxalanıb. 8 nəfərlik dəstə üzvləri Şəki şəhərində ictimaiyyət tərəfindən qəbul edilməyən mövhumatçılıq və təxribata cəhddə gunahlanıdırılır.
Dəstə üzvlərinin mənzillərində aparılan axtarış təxribat məqsədi ilə toplanan, yayılması qadağan edilən kitablar, audio-kasetlər, kompakt disklər və digər qeyri-qanuni təbliğat vasitələri aşkar edilərək götürlüb.