POPULYARXƏBƏRLƏR

"İslam Konfransı Təşkilatının turizm nazirlərinin Azərbaycanda keçirilən beşinci konfransında İraqda turizmin inkişafı ilə bağlı çox gözəl qərar qəbul olundu. Biz Azərbaycan başda olmaqla İKT-nin bütün üzv ölkələrinə minnətdarlığımızı bildiririk". Bu sözləri jurnalistlərlə söhbətində İraqın Azərbaycandakı səfiri İsmayıl Əraşad Ömər dilə gətirib. Səfir bildirib ki, İraqda baş verən son hadisələrdən sonra ölkənin tarixi və mədəni abidələrinə, turistlərin diqqətini cəlb edən digər obyektlərə ciddi ziyan dəyib: "Ona görə də biz islam ölkələrinin İraqa yardım etmələrini istəyirik. Bu dəstək olmasa, biz İraqda turizmi bərpa edə bilmərik". Səfir əlavə edib ki, ölkəsi Dünya Bankından da İraqda böyük bir muzey yaratmaq üçün maddi kömək istəyib. Onun sözlərinə görə, İKT-nin Bakı konfransında İraqa göstəriləcək maddi yardımın məbləği konkret göstərilməyib. Ancaq bu yardıma söz verilib. Qeyd edək ki, ABŞ-ın İraqda həyata keçirdiyi antiterror əməliyyatları ölkənin müqəddəs yerlərini hər il ziyarətə gələn insan axınının da qarşısını alıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Sentyabr, 2006

XVI BENEDİKTİN İSLAMIN ZOR VƏ ŞİDDƏT DİNİ OLMASI BARƏDƏ SÖZLƏRİ MÜSƏLMAN DÜNYASINDA ETİRAZ DOĞURUB

Dünya katoliklərinin lideri, Roma Papası XVI Benediktin doğma vətəni olan Almaniyaya rəsmi səfəri zamanı söylədiyi fikirlər onsuz da böhranlı olan İslam-xristianlıq münasibətlərini daha da gərginləşdirib. Vatikanın başçısı srağagün Bavariyanın Regensburq Universitetində oxuduğu ilahiyyət mühazirəsində İslam dininin tarixi və mahiyyətindən danışarkən bu dinin zor, şiddət və gücə meyl göstərdiyini iddia edib. Papa bildirib ki, "Qurani-Kərim"də "Din məsələsində məcburiyyət ola bilməz" tezisi əks olunsa da, islamiyyətin tarixində bunun əksinə dair çoxlu hərəkətlər olub. Onun sözlərinə görə, hələ Həzrəti Məhəmmədin dövründən başlayaraq müsəlmanlar İslam dinini yaymaq üçün gücdən istifadə ediblər. Katolik kilsəsinin başçısı bu fikrinə əsas kimi 14-cü əsrdə Bizans imperatoru olmuş II Mixail Paleoloqosun, daha doğrusu, onun həmin dövrdə qələmə alınmış bir əsərdə yer alan sözlərini sitat gətirib: "Məhəmmədin nə kimi yenilik gətirdiyini nəzərdən keçirsək, biz ancaq zalımlıq və rəhmsizlik görərik. Onun dini qılınc gücünə yaymaq çağırışı bundan ibarətdir".

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Sentyabr, 2006

Dini Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələrini nəzərinizə çatdırırıq:

Ətraflı| Şərhlər: 0 | Дата: 4 May, 2006

Cari ilin mart-aprel aylarında Azərbaycan Respublikasının Dini Araşdırmalar Mərkəzi və "İrəli" Ümumrespublika Gənclər Hərəkatı 16-35 arası yaş həddində olan 600 paytaxt sakini arasında "Azərbaycanda İslam" mövzusunda rəy sorğusu keçirmişdir. Sorğu şəhərin ən müxtəlif yerlərində, o cümlədən bilavasitə küçələrdə, kafelərdə, ali məktəb müəssisələrinin qarşısında və s. yerlərdə anket suallarının respondentlər tərəfindən yazılı surətdə cavablandırılması şəklində yerinə yetirilmişdir. Sorğu anketi iki blokdan ibarət olaraq tərtib edilmişdir. Anketin 5 sualdan ibarət olan birinci hissəsi respondentlərin cinsini, yaşını, təhsilini, milli mənsubiyyətini və həmçinin yaşayış statusunu müəyyənləşdirmək üçün nəzərdə tutulmuş, əsas ikinci hissə isə bilavasitə sorğunun mövzusu ilə bağlı 11 sualı əhatə etmişdir.

Ətraflı| Şərhlər: 0 | Дата: 4 May, 2006

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin 120.2.3, 120.2., 279.1, 228.3, 315.1 və digər maddələri ilə təqsirləndirilən 16 nəfərlik dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Bu barədə APA-ya təqsirləndirilən şəxslərdən Hacı Çankayevin vəkili Elman Osmanov məlumat verib. Məhkəmənin hökmü ilə dəstənin başçısı Hacıyev Arif Həsənbəyoviç ömürlük, Hacıverdiyev Emil Adil oğlu 10 il, Hamdan Mohammed Ahmed Salem, Çankayev Hacı İbrahimoviç, Abdulkərimov Abdulla Maqomedoviç və Əliyev Şirin Sədri oğlu 7 il, Berkov Aslan Həsənoviç, İslamov İsa Azrailoviç, Abdulhəmodov Karanay Zaulbasaroviç, Qaziyev Arsen Yunusoviç, Əsədullayev Jembek Junaitoviç, Dalka Faruk Selami, Dəlibaşlar Mustafa Əhməd, İnan Emin Əhməd, Hayal Səlçuq Hüsnü və Karakaş Cuma Şıximam isə 5 il müddətinə azadlıqdan məhrum olunublar. Qeyd edək ki, Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət olan dəstə üzvlərinin əksəriyyəti dini təmayüllü təşkilatların, o cümlədən "Əl-Qaida"nın üzvü olub, Gürcüstan ərazisində, Pankisidəki düşərgələrdə təlim keçib.

Ətraflı| Şərhlər: 0 | Дата: 21 Aprel, 2006

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin 120.2.3, 120.2., 279.1, 228.3, 315.1 və digər maddələri ilə təqsirləndirilən 16 nəfərlik dəstənin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər və təqsirləndirilən şəxslər son söz deyiblər. Bu barədə APA-ya təqsirləndirilən şəxslərdən Qadji Çankayevin vəkili Elman Osmanov məlumat verib. Müdafiə tərəfi dövlət ittihamçısının ağır cəza tələb etdiyini bildirib. Təqsirləndirilən şəxslərdən bəziləri iş üzrə günahsız olduqlarını əsas gətirərək, bəraət istəyiblər.
Proses bu gün başa çatacaq, hakim hökmü elan edəcək.

Ətraflı| Şərhlər: 0 | Дата: 19 Aprel, 2006

Hələ fevral ayının 24-də bir qrup Buzovna sakini mətbuat konfransı keçirərək, minlərlə insanın inam yeri olan Həzrəti Əli Qədəmgahı adlanan qədim ziyarətgahın qarşısında əyləncə mərkəzinin tikilməsinə öz etirazlarını bildirmişdilər. Bu kiçik mətbuat konfransından bir neçə gün sonra dövlət başçısı baş verən hadisəni pisləmiş, ziyarətgah ətrafında əyləncə mərkəzinin tikintisinin yolverilməz olduğunu bildirmişdi.
Amma deyəsən, buzovnalıların ziyarətgah problemləri hələ öz həllini tam şəkildə tapmayıb. Dünən kəndin icma nümayəndələri bununla bağlı mətbuat konfransı keçiriblər. Kənd sakini İntiqam Əliyev bildirib ki, prezidentin göstərişindən sonra ziyarətgahın qarşısındakı hasar sökülüb və həmin ərazini otel tikmək üçün "Maqnium A" şirkətinə satan bələdiyyə sədri Rahib Rzayev haqqında cinayət işi açılıb. Onun sözlərinə görə, buna baxmayaraq, R.Rzayev bələdiyyənin işlərinə müdaxilə edir və satdığı ərazinin tikintisinə çalışır.

Ətraflı| Şərhlər: 0 | Дата: 18 Mart, 2006

Martın 1-də baş prokuror Zakir Qaralov BMT İnsan Hüquqları Komissiyasının din və əqidə azadlığı üzrə xüsusi məruzəçisi xanım Əsma Cahangirlə görüşüb. Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Baş prokuror BMT-nin İnsan Hüquqları üzrə Komissiyası ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq, Azərbaycanda din və əqidə azadlığının hərtərəfli təminatı, bu sahədə vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində görülmüş işləri qonağın diqqətinə çatdırıb. Azərbaycanın terrorizmə qarşı mübarizənin təşkili istiqamətində gördüyü işlər barədə məlumat verən Z.Qaralov deyib ki, bu gün terrorizmin dağıdıcı və destruktiv mahiyyətinin dini etiqad uğrunda mübarizə adı altında pərdələnməsinə hərtərəfli cəhdlər göstərilir.

Ətraflı| Şərhlər: 0 | Дата: 4 Mart, 2006

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Rafiq Əliyevlə BMT-nin Din və etiqad azadlığı məsələləri üzrə xüsusi məruzəçisi Asma Cahangirin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. DQİDK-nın mətbuat xidmətinin verdiyi məlumata görə, nümayəndə heyətinin üzvlərini salamlayan Komitə sədri R.Əliyev rəhbərlik etdiyi qurum ilə BMT-nin İnsan haqları üzrə Ali Komissarlığı arasında mövcud olan əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib. Azərbaycanda ictimai fikrin formalaşmasında dinin böyük əhəmiyyətə malik olmasını bildirən R.Əliyev xüsusi olaraq vurğulayıb ki, ölkəmizdə din dövlətdən ayrıdır və bütun dinlər qanun qarşısında bərabərdir. Dövlət Komitəsinin rəhbəri deyib ki, Azərbaycanda müstəsna din yoxdur və dövlət tarixən təşəkkül tapmış dini dözümlülük atmosferinin saxlanması və bütün dinlər arasında dialoqun möhkəmləndirilməsi naminə konkret addımlar atır.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Mart, 2006

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində illik hesabatla bağlı iclas keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Komitənin sədri Rafiq Əliyev Azərbaycan hökumətinin Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırması ilə əlaqədar qısa məlumat verib. R.Əliyev bu yaxınlarda Avropa Parlamentinin Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində erməni qəbiristanlığının "dağıdılması" ilə bağlı Qətnaməsinin əsassız olduğunu söyləyib.Komitə sədri 2005-ci ildə görülən işlər barəsində məlumat verib. Qeyd olunub ki, son illərdə islam və qeyri-islam təmayüllü dini icmaların Dövlət Komitəsinə, bütövlükdə hökumətə olan etimadı və inamı daha da artıb.
Ötən il ərzində 25 dini icmanın qeydiyyatdan keçdiyini bildirən Komitə sədri müxtəlif dini cərəyanların təbliğat üsulları haqqında da məlumat verib. R.Əliyev dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, cəmiyyətdə dini dözümlülüyü, tolerantlığı bərqərar etmək məqsədilə Dövlət Komitəsi tərəfindən 2005-ci ildə Respublikanın müxtəlif bölgələrində "Dövlət-din münasibətlərinin tənzimlənməsi", "Dövlət və din", "Dinin cəmiyyətdə rolu" mövzularında 14 seminar-müşavirənin keçirildiyini qeyd edib.

Ətraflı| Şərhlər: 0 | Дата: 1 Mart, 2006
 
777 səhifədən 775 << < 771 772 773 774 775 776 777 > >>
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com