Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Şəki şöbəsinin sentyabrın 20-də keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan 4 rayon sakini sərbəst buraxılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. RPŞ-dən bildirilib ki, Şəkidə vəhhabiliyin təbliğində günahlandırılan rayon sakinləri Taleh Məmmədov, Rauf Qasımov, Cahangir Çələbiyev və Aqil Məmmədov istintaqa ifadə verdikdən sonra buraxılıblar.
Qeyd edək ki, MTN-in xüsusi əməliyyatı zamanı həmin şəxslərin yaşadıqları evlərə baxış keçirilib və onların mənzillərindən vəhhabi təriqətinə aid qadağan olunmuş dini kitablar, kaset, disket və disklər aşkar edilərək götürülüb. Əməliyyat və araşdırmalar davam etdirilir.