"İlahi! Məhəmməd və onun ailəsinə salam yetir və məni dünya və axirətdə uğursuzluğa düçar olmaqdan qoru, qəzəbli və razı qaldığım halda günahlardan çəkinməyə kömək ol! Hər iki bu halımda istəklərim eyni olsun; sənin itaətinə məşğul olum, sənin razılığını dost və düşmənlərin razılığından üstün tutum ki, düşmənim ona qarşı zülm edəcəyimi, dostum da nəfsimə tabe olaraq onun razılığını Sənin razılığından üstün tutacağımı düşünməsin . Məni rahatlıq halında Səni çarəsizlər kimi çağıranlardan qərar ver ki, həqiqətən də Sən, hər cür şükrə, tə’rifə layiqsən".