Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və İslam İnkişaf Korporasiyası (ICD) bu ilin oktyabr ayında birgə investisiya şirkəti yaratmaq niyyətindədir. Şəriət qaydaları ilə işləyəcək bu qurum müxtəlif investisiya layihələrini maliyyələşdirəcək. AİŞ-dən "APA-ECONOMICS"ə verilən məlumata görə, artıq müştərək investisiya şirkətinin yaradılması ilə bağlı aparılan hazırlıq işləri son mərhələdədir.
"Yaxın vaxtlarda hazırlıq prosesi və investisiya qərarları yekunlaşacaq. Hesab edirik ki, yaradılan birgə investisiya şirkətinin artıq bu ilin oktyabrından fəaliyyətə başlayacaq".
Qeyd edək ki, yaradılan müştərək investisiya şirkətinin nizamnamə kapitalı 100 mln. ABŞ dolları həcmində planlaşdırılır. Burada AİŞ-in iştirak payı 25% olacaq. İlkin mərhələdə AİŞ və ICD nizamnamə kapitalının 10%-ni ödəyəcək.
Xatırladaq ki, AİŞ ilə ICD arasında əməkdaşlığa dair memorandum bu ilin avqustun 18-də imzalanıb.