Azərbaycanın sünni və şiələri arasında bununla bağlı razılıq əldə edilib
Azərbaycanda islam dininin sünni və şiə təriqətləri arasında azanın verilmə vaxtı ilə bağlı razılıq əldə edilib. Bunu bu gün keçirdiyi mətbuat konfransında Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bəyan edib. Onun sözlərinə görə, bundan sonra məscidlərdə azan eyni vaxtda veriləcək.
"Azanı biri tez verir, digəri gec verirdi. Bilinirdi ki, burada sünnü və şiyə var. Və bu islamın birliyi üçün və bir vaxtda azan verməyi qərar verdik. Orta məxrəcə gəldik,- deyə Hacı Allahşükür Paşazadə bildirib.