POPULYARXƏBƏRLƏR

Azərbaycanda hicablı vətəndaşların iş yerlərinə və təhsil müəssisələrinə buraxılmaması məsələsi Milli Məclisin bazar ertəsi keçirilən iclasında millət vəkilləri arasında fikir ayrılığına səbəb olub. Bakıda Müəllimlər İnstitutunun başı hicablı tələbələri dərsə buraxılmayıblar, son günlər televiziyalarda dini verilişlər qadağan olunub.

Ətraflı| Şərhlər: 0 | Дата: 4 Oktyabr, 2007

Təşkilatın baş katibi Ekmaləddin İhsanoğlu üzv dövlətləri BMT-nin baş assambleyasındakı səsvermələrdə Azərbaycanı dəstəkləməyə çağırıb. İslam Konfransı Təşkilatı Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini birmənalı şəkildə pisləyib. Təşkilatın baş katibi Ekmaləddin İhsanoğlu üzv dövlətləri BMT-nin baş assambleyasındakı səsvermələrdə Azərbaycanı dəstəkləməyə çağırıb. Nyu-Yorkda keçirilən Xarici İşlər Nazirlərinin əlaqələndirici iclasında çıxış edən İhsanoğlu bildirib ki, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalına və təcavüzünə son qoymaq üçün İKT təsirli siyasi və iqtisadi tədbirlərə əl atmalıdır.

Ətraflı| Şərhlər: 0 | Дата: 4 Oktyabr, 2007

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) "İslam sülhün və qardaşlığın rəmzidir" adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü dünən axşam Azərbaycandan İran ərazisinə daxil olub. AVMVB-nin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyev bildirib ki, Şahid Qurbanov və Sahib Kazımov Azərbaycan-İran sərhədinə qədər 12 gün piyada yol gediblər və bu mərhələdə onları təşkilat üzvləri müşayiət edib. Bundan sonra isə onlar Məkkəyə qədər ikilikdə gedəcəklər.

Ətraflı| Şərhlər: 0 | Дата: 4 Oktyabr, 2007

Balakən rayonunda azanın səsgücləndiricilərlə oxunması qadağan edilib. Bu barədə ANS PRESS-ə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, artıq neçə gündür rayonun icra hakimiyyəti azanın səsgücləndirici ilə oxunmasına imkan vermir. Amma yerli hakimiyyət məlumatı təsdiq etməyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 4 Oktyabr, 2007

"Orucluq başa çatdıqdan sonra Azərbaycan Müəllimlər İnstitutunda bütün tələbələr məktəb rəhbərliyi tərəfindən tərtib olunmuş eskizlərə uyğun geyim formaları ilə dərsə gələcək". Bu barədə APA-ya institutun rektoru Aqiyə Naxçıvanlı məlumat verib. Onun sözlərinə görə, tələbələrin hamısı ilə danışıqlar aparılıb və onlar razılıq veriblər.
"Biz bu məsələni axıra çatdıracağıq. Burada təkcə hicablı qızlar yox, açıq-saçıq geyinən qızlarla da bağlı iş aparılır. Burada başqa qızlar da var, əhd ediblər ki, Ramazan ayında oruc tutub başlarını bağlasınlar. Ona görə orucluq başa çatdıqdan sonra bu məsələyə bir də qayıdacağıq və birmənalı olaraq hamı bir formada olacaq".

Ətraflı| Şərhlər: 0 | Дата: 3 Oktyabr, 2007

Sentyabrın 30-da axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xaçmaz şöbəsi Xudat şəhərində vəhhabi kimi tanınan şəxslərin - Xudat şəhərinin keçmiş imamı Nadir Xosrovoğlunun, AMİP fəalı Şaban Eyvazovun və Qarabağ əlili Vaqif Talıbovun evində axtarış aparıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Oktyabr, 2007

Əziz müsəlmanlar! Bu Ramazan ayının da beləcə yarıdan çoxunu geridə qoyduq. Hər il gəlişini səbrsizliklə gözlədiyimiz Ramazan ayının artıq on beş gündən də az ömrü qalıb. Kim bilir, bəlkə də həyatımızın son Ramazanıdır bu yola saldığımız Ramazan. Kim bilir, bəlkə də günahlarımızı sildirə bilmək üçün növbəti şansımız olmayacaq. Amma "min aydan daha xeyirli bir gecə" adlı şansımız hələ qalmaqdadır.

Ətraflı| Şərhlər: 0 | Дата: 28 Sentyabr, 2007

Sumqayıtdakı 3 saylı orta məktəbdə 5-6 hicablı qız məktəb direktorunun əmri ilə bir həftə müddətində dərsə buraxılmayıblar. Bu barədə APA-ya dərsə buraxılmayan şagirdlərdən birinin qardaşı Nəsib Namazov məlumat verib. Onun sözlərinə görə, yeni dərs ili başlayandan məktəbin direktoru Tirmə Qurbanova sözügedən şagirdlərə bir neçə dəfə xəbərdarlıq edib, onlar hicabı çıxarmadıqda isə dərsə buraxılmalarını qadağan edib. O, məsələ ilə bağlı bir sıra dövlət qurumlarına və Sumqayıt dindarlarına müraciət olunduğunu bildirib.

Ətraflı| Şərhlər: 0 | Дата: 27 Sentyabr, 2007

"Müəllimlər İnstitutunda dərsə buraxılmayan hicablı qızlarla bağlı problem öz həllini tapıb. Artıq həmin qızlar rahat şəkildə dərslərdə iştirak edirlər" - bu barədə saytımızın əməkdaşına İnstitutun rektorunun köməkçisi Natəvan xanım məlumat verib. Natəvan xanımın sözlərinə görə, həqiqətən də bir neçə gün hicablı qızlar dərsə buraxılmamış, lakin sonradan bu qadağa aradan götürülmüşdür.

Ətraflı| Şərhlər: 0 | Дата: 25 Sentyabr, 2007

"Heç kimin hicabla gələnləri məktəbə buraxmamağa ixtiyarı yoxdur." Bu sözləri təhsil naziri Misir Mərdanov deyib. ANS TV-nin qızların dini dəyərlərlə bağlı məktəbə hicabla gəlməsi barədə sualını cavablandıran nazir deyib ki, bu gün Azərbaycanda şagirdlərin məktəbə vahid formada gəlmələri haqqında qərar yoxdur. Ancaq biz qərar vermişik ki, məktəblərdə məkətəbli formaları tədbiq olunsun.

Ətraflı| Şərhlər: 0 | Дата: 25 Sentyabr, 2007
 
777 səhifədən 772 << < 768 769 770 771 772 773 774 775 776 > >>
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com