Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü Şahid Qurbanov və Sahib Kazımov yenidən piyada Bakıdan Məkkəyə yola düşüb. Marafonun ilk günündə Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən zəvvarlar Ulu öndərin abidəsi önünə əklil qoyaraq ona hörmət və ehtiramlarını bildiriblər. Sonra Şəhidlər Xiyabanına gələn zəvvarlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçən şəhidləri ziyarət ediblər.
Qeyd edək ki, "Heydər Əliyev İslam dünyası və Qarabağı unutma layihəsi" əsasında Bakı-Məkkə piyada marafonu həyata keçirən zəvvarlar keçən il 4 min 500 km, bu dəfə isə keçən ilkindən fərqli olaraq piyada 9 min 200 km yol qət edəcəklər.