İslam dini xəstə ziyarətini xeyir əməllərdən hesab edir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir müsəlmanın başqa müsəlman üzərində olan haqqı budur ki, nə zaman onunla görüşsə, ona salam versin. Nə zaman xəstələnsə, onu ziyarət etsin və nə zaman dünyadan getsə, cənazə mərasimində iştirak etsin”.