Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Ramazan ayı sentyabrın 13-də başlanacaq. QMİ gündəlik orucun başlama və qurtamrma saatları ilə bağlı mübahisələri aradan qaldırmaq üçün xüsusi kitab da hazırlayıb. Kitabda Ramazan ayının tarixçəsi, gündəlik dualar, namazların dəqiq vaxtları, həmçinin gündəlik orucun başlama və qurtarma saatları göstərilib.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı rəsədxanasının verdiyi məlumatlar əsasında hazırlanmış bu kitab ölkənin bütün məscidlərinə paylanacaq.
İdarədən o da bildirildi ki, Ramazan bayramı oktyabr ayının 12-i və 13-ü qeyd olunacaq.