 | POPULYARXƏBƏRLƏR |




|
Azərbaycanda Ramazan bayramı ilə əlaqədar oktyabrın 12-si, 13, 14 və 15-i rəsmən iş günü olmayacaq. Bu barədə bazar ertəsi "Trend"ə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, hökumətin 2006-cı il 16 dekabr tarixli qərarına əsasən, Ramazan bayramı bu il oktyabrın 12-13-də qeyd olunmalıdır. Bayram günlərdən biri – 13 oktyabr şənbəyə, yəni qeyri-iş gününə təsadüf etdiyi üçün, həmin günün vaxtı növbəti həftənin bazar ertəsinə keçirilir. Beləliklə, 12 oktyabrdan 15 oktyabradək (cümə günündən bazar ertəsinədək) iş günü sayılmayacaq.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Oktyabr, 2007
|
21-25 oktyabrda böyük şair və mütəfəkkir Cəlaləddin Ruminin 800 illiyi münasibəti ilə Azərbaycanda Mövlanə Cəlaləddin Rumi Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Konya Böyükşəhər Bələdiyyəsi, Rəssamlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "NAB Qrup"un təşkilatçılığı ilə silsilə tədbirlər keçiriləcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Oktyabr, 2007
|
"Allaha doğru" adlanan sərgi üç gün davam edəcək
Oktyabrin 6-da Bakı Rəsm Qalereyasında gənc fotoqraf Müşfiq Medibəylinin fərdi foto sərgisi təşkil edilib. Ramazan ayı münasibəti ilə keçirilən sərgi "Allaha doğru" adlanır.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Oktyabrın 24-də Bakıda "Yaxın və Orta Şərq: dünəni, bu günü, sabahı" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransda Azərbaycan elm xadimləri ilə yanaşı, müsəlman və türk dünyasının görkəmli alimlərinin iştirakı gözlənilir. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi katibi Zəfər Abdullayev məlumat verib. Məlumata görə, konfransda Şərq tarixi, ədəbiyyatı, fəlsəfəsi və iqtisadiyyatının aktual məsələləri müzakirə olunacaq. Üç gün davam edəcək konfrans çərçivəsində elm xadimləri arasında əlaqələrin möhkəmlənməsi üçün qonaqlarla bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Azərbaycanın Dəvəçi və Siyəzən rayonlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Dəvəçi şəhərində və Siyəzənin Sədan kəndində qanunsuz dini ədəbiyyatın toplanması ilə bağlı axtarışlar həyata keçiriblər. APA-nın şimal bürosunun məlumatına görə, Dəvəçidə iki, Siyəzəndə isə bir ev yoxlanılıb. Vəhhabi təriqətinə mənsub olan və adları açıqlanmayan üç şəxsin evindən qadağan olunmuş dini ədəbiyyatla yanaşı, bir xəncər, ov tüfəngi və digər əşyalar da aşkarlanaraq, götürülüb. Əməliyyat-axtarış tədbirlərindən sonra heç kəs saxlanılmayıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Nardaran kəndində "Ümumdünya Qüds günü" ilə bağlı mitinq keçirilib. APA-nın məlumatına görə, kənd sakini Əlikram Əliyev Qüds şəhərinin müsəlmanların birinci qibləgahı olduğunu diqqətə çatdırıb və İsraildən bu ərazilərdən çıxmasını tələb edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Prezident İlham Əliyev iftar mərasimində iştirak edib
Oktyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Prezident İlham Əliyev iftar mərasimində iştirak edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlu Azərbaycanın kütləvi informasiya vasitələrinin rəhbərləri üçün iftar süfrəsi açıb. APA-nın məlumatına görə, tədbirdən öncə çıxış edən səfir Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu bildirib: "Ramazan ayı birlik, bərabərlik, qardaşlıq ayıdır. Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin çox yüksək səviyyədə olduğu bir dönəmdə mən də fürsətdən istifadə edərək sizinlə bir araya gəlmək imkanı qazandım. Sizin hər birinizin, o cümlədən bütün Azərbaycan xalqının Ramazan bayramını təbrik edirəm". Türkiyə səfirliyinin təşkil etdiyi mərasimə Azərbaycanın müxtəlif media orqanlarının rəhbərləri qatılıblar.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Azərbaycanda 1000-dən artıq dini icma qanunsuz fəaliyyət göstərir. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat daxil olub. Məlumata görə, həmin dini icmalar qeydiyyat üçün, ümumiyyətlə, Dövlət Komitəsində müraciət etməyiblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Oktyabrın 4-də Dillər Universitetinin Amerika Mərkəzində "Amerikada müsəlman həyatı" adlı nəşrin təqdimat mərasimi keçirilib. ABŞ-ın Bakıdakı səfiri Ann Dersi bildirib ki, Dövlət Departamentinin xahişi ilə din mövzusunda çalışan mütəxəssislər tərəfindən hazırlanmış kitab Azərbaycan dilinə tərcümə edilərək çap olunub. Diplomat deyib ki, ABŞ-da milyonlarla müsəlman yaşayır, ölkənin müxtəlif ərazilərində 1200 məscid fəaliyyət göstərir, müsəlmanların öz məktəbləri, icma mərkəzləri var, onlar başqa dinlərə mənsub insanlarla eyni hüquqa malik vətəndaşdır, ölkənin həyatında aktiv iştirak edirlər. Onların arasında həkim, hüquqşünas, hərbçi, iş adamı, ticarətçi var. Səfirin sözlərinə görə, kitabı nəşr etdirməkdə məqsəd ABŞ-da müsəlmanların həyatı barədə daha çox məlumat verməkdir. Kitab Azərbaycanın məktəb və kitabxanalarına paylanacaq.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
|
|
777 səhifədən 771 << < 767 768 769 770 771 772 773 774 775 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|