 | POPULYARXƏBƏRLƏR |




|
Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Sozar Subari Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciət edib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən yaydığı məlumata görə, S. Subari məktubunda E. Süleymanovadan Azərbaycanın Qax rayonunda Müqəddəs Georgi pravoslav kilsəsinin bağlanmasının qarşısını almaqla əlaqədar tədbir görməyi xahiş edib. Müraciətdə bildirilir: "Gürcüstan kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, yerli əhali kilsənin qapılarını möhürləyib. Bunu kənd əhalisi ilə yanaşı, Nekres və Xeret mitropoliti Sergi ata da təsdiqləyib. Əldə olunan informasiyaya əsasən, əhali kilsədə xidmətin bərpa olunacağı təqdirdə, keşişi qisas almaqla hədələyir". Gürcüstan Ombudsmanı azərbaycanlı həmkarına bu hadisənin İnsan Hüquqları haqqında Avropa Konvensiyası ilə yanaşı, iki xalq arasındakı çoxəsrlik tarixə malik dostluq əlaqələrinə zidd olduğunu xatırladıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007
|
Balakəndə azanın mikrofonla səsləndirilməsinə qoyulmuş qadağa hələ də aradan götürülməyib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, artıq iki aydan çoxdur rayon ərazisində fəaliyyət göstərən məscidlərdə azanın səs gücləndirici ilə səslənməsinə rayon rəhbərliyi tərəfindən qadağa qoyulub.
Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007
|
Oktyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonun Ağdam kəndi ilə sərhəddə güclü yanğınlar törədiblər. APA-nın məlumatına görə, yanğınların Azərbaycanın nəzarətində olan cəbhəyanı əraziyə keçməsi nəticəsində cəbhə xəttinin yaxınlığındakı qəbiristanlıq və Azərbaycanın tarixi abidələri siyahısında olan "Alı dədə" abidəsi kimi tanınan, yerli əhalinin ziyarətgahı olan Ağa Mir Əlinin türbəsi də yanıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2007
|
Müsabiqəyə Mövlana, onun həyatı, əsərləri, dəyərli fikirləri və s. barədə yazılmış elmi və tənqidi məqalələr, araşdırma işləri, dram əsərləri, ssenarilər, şeirlər qəbul olunub
Azərbaycan Yazıçılar Birliyi Cəlaləddin Ruminin 800 illiyinə həsr olunmuş müsabiqə elan edib. Bu müsabiqə 21-25 oktyabr tarixləri arasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Konya böyükşəhər bələdiyyəsinin, Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyasının, o cümlədən "NAB" şirkətlər qrupunun təşkilatçılığı ilə "Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri" çərçivəsində keçiriləcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Oktyabr, 2007
|
Zaqatalada vəhhabi təriqətinin üzvü olmaqda və saqqal saxlamaqda günahlandırılan daha bir rayon sakini saxlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon dindarları məlumat verib. Onların sözlərinə görə, bu gün səhər saatlarında rayonun Dombabinə kənd imamının müavini İbrahim Muradov bazarda alış-veriş edərkən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həbs edilərək, polis bölməsinə aparılıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Oktyabr, 2007
|
Bu il Səudiyyə Ərəbistanı höküməti ölkəmizdən 6 min möminin müqəddəs yerləri ziyarət etməsinə icazə verib
Müsəlmanların müqəddəs Ramazan ayı başa çatıb, təxminən bir ay sonra isə müqəddəs Həcc ziyarəti başlayır. Hər il olduğu kimi bu il də azərbaycanlılar müsəlmanların müqəddəs yerlərini ziyarət edəcək. Qafqaz Müsəlmanları idarəsi onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. Bu dəfə də zəvvarlar Səudiyyə Ərəbistanına avtobus və təyyarələrlə gedəcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Oktyabr, 2007
|
Zaqatala polisi tərəfindən oktyabrın 12-si səhər saxlanılan şəxslər artıq sərbəst buraxılıblar. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon dindarları məlumat verib. Rayon Polis Şöbəsindən də saxlanılanların sərbəst buraxıldığı təsdiqlənib, amma onların saxlanılma səbəbləri barədə məlumat verilməyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Oktyabr, 2007
|
Oktyabrın 12-si Zaqatalada vəhabi təriqətinin üzvü olmaqda günahlandırılan iki rayon sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon dindarları məlumat verib. Dindarların dediyinə görə, Oktyabrın 12-si saat 10:00 radələrində, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı, şəhər məscidində bayram namazına toplaşan yerli sakinlərin içərisindən, vəhabi təriqətinin üzvü olmaqda və saqqal saxlamaqda günahlandırılan Zaqatala şəhər sakinləri, Rövşən Murtuzəliyev və Kamil Süleymanov tutularaq polis bölməsinə aparılıblar.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Oktyabr, 2007
|
Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı öz müraciətində həmvətənlərimizə ən xoş arzularını çatdırıb:
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu Ramazan bayramı münasibətilə Azərbaycan müsəlmanlarını təbrik edib. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, təbrik mesajında bildirilir ki, bu müqəddəs ayda insanların maddi və mənəvi cəhətdən bir-birinə yaxınlaşması, sosial həmrəylik və birliyin yaranması ilə bağlı ən gözəl örnəklər yaşanır:
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
|
|
777 səhifədən 769 << < 765 766 767 768 769 770 771 772 773 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|