 | POPULYARXƏBƏRLƏR |




|
Misirdə inanclı müsəlmanlara qarşı represiyalar yenidən şidətlənib. Belə ki, dünən Nil çayının sahilində bir kəndə hücum edən polis "İxvanul Muslimin" (Müsəlman qardaşlar)adlı təşkilatın 22 nəfər üzvünü həbs ediblər. Onlar Fitr bayramından sonra anti-diktatura şüarlrına görə həbs edildiyi önə çəkilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2007
|
İranda hicabsızlığa qarşı mübarizə aparan "Əmre-be-məruf və nəhy-əz-monker" (Yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək) təşkilatının nazirliyə çevriləcəyi barədə məlumatlar yayılır. "Media forum" saytının məlumatına görə, "Əmre-be-məruf və nəhy-əz-monker" təşkilatının rəsmilərindən olan Cavad Sadıqzadə jurnalistlərə açıqlamasında bu qurumun nazirliyə çevrilməsi təklifi ilə ölkə prezidenti Mahmud Əhmədinejada müraciət etdiyini və dövlət başçısının təklifi bəyəndiyini deyib. C.Sadıqzadənin sözlərinə görə, prezidentin razılığından sonra hökumət "Əmre-be-məruf və nəhy-əz-monker" nazirliyinin yaradılması haqda layihəni parlamentə - İslami Şura Məclisinə təqdim edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2007
|
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın namaz qıldığı məsciddə insident baş verib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) ofisində partiyanın qadın qolları tərəfindən təşkil olunan simpoziuma qatıldıqdan sonra cümə namazı qılmaq üçün Ankaranın Söyüdözü məhəlləsindəki Başyazıçıoğlu camesinə gedib.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2007
|
Dəniz səviyyəsindən 1.047 metr hündürlükdə, Alatau dağının ətəyində dünyada ən uca məscidlərdən biri tikiləcəkdir. Məsçid üçün 16 hektar torpaq sahəsi ayrılmışdır. Burada qadın və kişilərin ayrıca ibadət salonları olacaq, mədrəsə, kitabxana, uzaqdan gələnlər üçün mehmanxana tikiləcəkdir. Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin iqamətgahı da burada yerləşəcəkdir.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Noyabr, 2007
|
İraqın böyük dini və siyasi liderlərindən biri olan Ayətullah Sistani Türkiyənin Şimali İraqla bağlı məsələyi sülh və diplomatik yollarla həll edilməsinin vacibliyini önə çəkib. İslam-Azeri-nin YDH-ə istinadlı xəbərinə görə İraqın böyük dini və siyasi liderlərindən biri olan Ayətullah Sistani Türkiyənin Şimali İraqla bağlı məsələyi sülh və diplomatik yollarla həll edilməsinin vacibliyini önə çəkib.
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
Fəth təşkilatı rəsmisi və Fələstin muxtariyyətinin mədəniyyət naziri Yasir Ədürrəbbi Həması İranın siyasəti ilə idarə edildiyini önə çəkib. Fələstinin səsi radiosuna müsahibə verən Fəth təşkilatının rəsmisi Yasir Əbdürrəbbi Həmasın siyasətinin məhs İranın siyasətinə uyğun yürüdüldüyü və buna qarşı çıxacaqlarını önə çəkib.
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
İraq Demokratik Kürdüstan Partiyasının lideri Məsud Bərzani İranda yaşayan Ayətullah Seyid Əli Hüseyn Sistaniyə məktub göndərib. APA-nın İranın "Mehrnews" xəbər agentliyinə istinadən yaydığı məlumata görə, qondarma Məsud Bərzaninin məktubunu Ayətullah Sistaniyə Şimali İraqda fəaliyyət göstərən "Kürdüstan parlamenti"nin sədri Adnan Müfti çatdırıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
Fələstin milli birlik hakimiyyətinin dini işlər naziri Yusuf əl-Mansi Ramallada hakimiyyəti Qəza bölgəsindən olan zəvvarlara hər cür əngəl törətməkdə günahlandırıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi idarə həcc ziyarətinin yerinə yetirilməsini təmin etmək üçün bütün imkanlardan istifadə edir, amma Mahmud Abbasa qarşı loyal olan nazirlər buna əngəl olurlar.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Səudiyyə Ərəbistanının "dini polis"inin iki əməkdaşı bir ölkə vətəndaşını öldürməkdə ittiham olunurlar. Onlar həmçinin qadın polis əməkdaşının iştirakı olmadan bir qadını həbs etməkdə günahlandırılırlar. Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, qadın vətəndaşı saxlayarkən qadın polis işçisinin iştirakı vacibdir.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Halal (şəriətə görə icazə verilən) turizm sənayesinin və İslam Konfransı Təşkilatına üzv ölkələrində istirahətin inkişafı ilə məşğul olacaq Beynəlxalq islami turizm şirkəti yaradılıb. Bu, müsəlman ölkələrində turizmin inkişafı ilə bağlı Ciddə şəhərində keçirilən I Forumun yekunu olmuşdur.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|