Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın namaz qıldığı məsciddə insident baş verib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) ofisində partiyanın qadın qolları tərəfindən təşkil olunan simpoziuma qatıldıqdan sonra cümə namazı qılmaq üçün Ankaranın Söyüdözü məhəlləsindəki Başyazıçıoğlu camesinə gedib.
O, məscidə çatarkən baş nazirlə görüşmək istədiyini və şəhid yaxını olduğunu söyləyən silahlı bir şəxs mühafizəçilər tərəfindən saxlanılıb. Polis bölməsinə aparılan şəxsin üzərindəki tapançanın qanuni olduğu müəyyənləşib.