 | POPULYARXƏBƏRLƏR |




|
Ağ Ev Donald Ramsfelddən və onun "Vaşinqton Post" qəzetində dərc olunan islamofobiya fikirlərindən yaxasını kənara çəkib. Qəzetin cümə axşamkı nömrəsindən etibarən bir hissəsi nəşr olunmağa başlayan ABŞ-ın keçmiş müdafiə nazirinin iş qeydlərində qeyd olunur ki, müsəlmanlar dünyaya əmin-amanlıq gətirəcək əməkdən, səydən və işdən boyun qaçırırlar.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Misir sakini Əlau'd-din Səid sırf məscidlərdə vəz və xütbələri lal-karlar üçün sinxron tərcümə etmək və onların islam cəmiyyətinin tamhüquqlu üzvləri olmalarına kömək etmək məqsədilə jestlər dilini öyrənib. "Mən lal-kar dilini öyrəndim ki, diskriminasiyaya son qoyum" - deyə Əlau'd-din Səid bildirir.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Çeri But – Böyük Britaniyanın keçmiş baş nazirinin həyat yoldaşı qadın azadlığının mədəni və dini fərqliliklər səbəbilə Asiya ölkələrində yayılmasının mümkün olmadığını bildirən hüquq müdafiəçilərini pisləmişdir. Tənqidə xüsusilə ortodoksal yəhudi adətləri məruz qalmışdır, hansı ki, onlara görə qadın ərinin icazəsi olmadan ondan boşana bilməz.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Britaniya ibtidai məktəblərindən birinin müəllimələri işə müsəlman qiyafəsində gəliblər. Bununla onlar bir müddət əvvələ təsadüf etmiş Ramazan bayramını qeyd etmək qərarına gəliblər. Həmin məktəbdə oxuyanların böyük əksəriyyəti xristiandır. 41 müəllimdən yalnız ikisi müsəlmandır. Bununla belə, tolerantlığın gücləndirilməsi məqsədi güdən bu aksiyanı hamı həvəslə dəstəkləmişdir.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
XIII əsrin görkəmli müsəlman mütəfəkkiri, şair və sufi Cəlaləddin Ruminin həyatı haqqında bədii film ekranlaşdırılacaq. 25 milyonluq büdcəsi olan film İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin kinematoqrafları tərəfindən çəkiləcək. Birgə layihənin həyata keçirilməsinə qərar Romada, hələ illik beynəlxalq kinofestival zamanı verilmişdi.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
BMT-nin insan haqları üzrə Komissiyasının eksperti, Fələstinin su təchizatındakı problemlərlə bağlı BMT-nin xüsusi məruzəçisi Can Ziqler İsraili "dünyada beynəlxalq qanunvericiliyə riayət etməkdən boyun qaçıran yeganə imperialist recim" adlandıraraq, bu quruluşun ünvanına sərt tənqidlə çıxış etmişdir. "İsrail – dünyada yeganə hökumətdir ki, beynəlxalq hüququn hər hansı normalarına riayət etməkdən imtina edir" - deyə o bildirmişdir.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
"O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!" (Ənam, 102).
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
|
Ramazanı sevə-sevə yaşayan, Ramazanın bitməsini qəm eylər. Ürəyində Allah eşqi daşıyan, Gözlərini səhər-axşam nəm eylər.
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
|
Anti-sionist yəhudilərin Avropa qanadının rəhbəri deyib: Sionistlərin qorxusu yəhudilərlə müsəlmanların əməkdaşlığıdır. Anti-sionist yəhudilərin Avropa qanadının rəhbəri baş ravvin Moşe Fridman İRNA ilə müsahibədə xristianlar və yəhudilərin beynəlxalq sionizmin yox edilməsi istiqamətində müsəlmanlarla birləşməsinə işarə edib : "Yəhud sionizmdən tam ayrıdır və yəhud dinində və hər hansı İlahi dində sionizmlə müxalifət ən əsas dini hökmlərdəndir".
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
|
Beynəlxalq Ərəb Birliyi Türkiyə və Şimali İraqdakı problemlər haqqında dialoq aparmaq üçün təcili bir toplantı keçirəcək. İraqda yayımlanan Sabah qəzetinin xəbərinə görə Beynəlxalq Ərəb Birliyi Türkiyə və Şimali İraqdakı problemlər haqqında dialoq aparmaq üçün təcili bir toplantı keçirəcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|