İraq Demokratik Kürdüstan Partiyasının lideri Məsud Bərzani İranda yaşayan Ayətullah Seyid Əli Hüseyn Sistaniyə məktub göndərib. APA-nın İranın "Mehrnews" xəbər agentliyinə istinadən yaydığı məlumata görə, qondarma Məsud Bərzaninin məktubunu Ayətullah Sistaniyə Şimali İraqda fəaliyyət göstərən "Kürdüstan parlamenti"nin sədri Adnan Müfti çatdırıb.
Görüşdə Türkiyənin İraqın şimalında PKK-ya qarşı hərbi əməliyyatlara başlanması ilə bağlı yaranan vəziyyət ətrafında müzakirələr aparılıb. Görüşdə Ayətullah Sistani İraqın şimalında sülhün əldə olunması üçün atılan addımları yüksək qiymətləndirib və problemin müharibəsiz həll olunmasını məqsədəuyğun sayıb: "Türkiyə ilə İraq arasında yaranan problem sülh yolu ilə həll olunmalıdır və diplomatik yollarla çözülməlidir. Bağdad ilə Ankaranın ortaq mənafeləri ancaq bu şəkildə qorunmuş olar".