 | POPULYARXƏBƏRLƏR |




|
Mənəvi Saflığa Dəvət ictimai birliyi Beynəlxalq Mətbuat Mərkəzində 20-ci əsrin görkəmli filosof və mütəfəkkiri Əllamə Təbatəbainin xatirəsinə həsr olunmuş seminar-konfrans təşkil edib. Konfrans Əllamə Təbatəbainin dünyasını dəyişdiyi gün təşkil olunub.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Müsəlmanların hər il İslamın müqqəddəs yerləri olan Məkkə və Mədinəni ziyarəti zamanı Krallıq ərazisində həmvətənlərinin qəbulunun və qalmasının təşkili üçün Rusiyanın həcc missiyası noyabrın 15-də Səudiyyə Ərəbistanına yola düşmüşdür. RF höküməti yanında Dini birliklərin məsələləri üzrə Komissiyanın məsul katibi Andrey Sebentsovun dediyinə görə, missiyanın tərkibinə Rusiya regionları müsəlmanlarının dini idarələrinin rəhbərləri və nümayəndələri, icmaların liderləri, tərcüməçilər və həkimlər daxildirlər.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Cümə axşamı günü dünyanın 70 ölkəsindən gəlmiş qeyri-hökumət təşkilatlarının üzvlərindən ibarət 4 min qonağın iştirakı ilə İstanbulda beynəlxalq və mədəniyyət konfransları mərkəzində Qüds konfransı işə başlayıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Sözügedən perqament "Tövrat"a daxil olan "Hələb məcəlləsi"nin bir hissəsidir. Əlyazmanın bizim eranın 920-ci ilində yazıldığı düşünülür. Məcəllə dünyanın çox yerlərində olub, Qüdsü və Qahirəni gəzib. 13-cü yüzillikdən 1947-ci ilə kimi isə daima Suriyada olub.
Ətraflı| Şərhlər: 0 | Дата: 17 Noyabr, 2007
|
Malaziyanın "Proton" konserni İran və Türkiyədəki istehsalçılarla birgə xüsusi olaraq müsəlmanlar üçün avtomobil buraxmağı planlaşdırır. Avtomobilin salonunda əsas yerdə "Qurani-Kərim" qoyulacaq, həmçinin Məkkənin yerini göstərən kompası olacaq. "Proton" şirkəti hesab edir ki, hazırda avtomobil bazarında müsəlmanların tələblərinə cavab verən nəqliyyat vasitəsi yoxdur.
Ətraflı| Şərhlər: 0 | Дата: 17 Noyabr, 2007
|
Ayətullah Xamneyi İslam düşmənlərinin şiə-sünni ixtilafını yaratmaq cəhdlərinin boşa çıxdığını və bu sahədə məğlubiyyətə məhkum olduğunu bildirib. İslam İnqilabının Rəhbəri həcc mərasiminin icra aparatı işçiləri ilə görüşündə bu sözləri önə çəkib: " İranın İslami quruluşuna qarşı düşmənlər tərəfindən həyata keçirilən tədbirlər və təbliğatlar indiyədək şiə-sünni ixtilafını yaratmaq cəhdləri boşa çıxıb və bu sahədə həmişəlik olaraq məğlubiyyətə məhkumdurlar."
Ətraflı| Şərhlər: 0 | Дата: 17 Noyabr, 2007
|
Əfqanıstanın Herat şəhərinin rəsmiləri iki həftə əvvəl bu şəhərdə açılmış İran kitab sərgisində bir sıra kitabların sünni məzhəbinin müqəddəslərini təhqir etdiyini deyiblər və buna etiraz bildiriblər. "Media forum" saytının məlumatına görə, Herat şəhərinin mədəniyyət və informasiya idarəsinin başçısı Nemətullah Süruri "Bi-Bi-Si"yə açıqlamasında deyib ki, o özü İranda çap edilən və həmin sərgidə sərgilənən "Qəm sirləri" adlı kitabı fakt kimi göstərə bilər: "Həmin kitabda Rəşidi xəlifələri açıq-aşkar təhqir edilib".
Ətraflı| Şərhlər: 0 | Дата: 17 Noyabr, 2007
|
İşgəncə və edam cəzası yalnız ənənəvi oriyentasiyanın mümayəndələrinə veriləcək
Bundan sonra İranda yalnız ənənəvi oriyentasiyanın nümayəndələri işgəncə ya da edama məhkum olunmalıdırlar. The Times qəzetinin yazdığına görə, bu barədə iranlı nazir Böyük Britaniya parlamentinin nümayəndələri ilə görüşündə bildirib. O, bunu İslam qanunlarının homoseksualizmi qadağan etməsi ilə izah edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Noyabr, 2007
|
Müfafizəkar Cumhuri İslami qəzetinini verdiyi xəbərə görə, İranda əxlaq polisi, "əxlaqsızlıqlar bəyannaməsi" hazırlayıb. Müfafizəkar Cumhuri İslami qəzetinin yayınladığı bəyannaməsində yer alan maddələr, daha çox qadınlara aiddir. Bəyannamənin baş hissəsində makiyaj bölümü var. Makiyaj vuran qadınlar əxlaqa əks olaraq qəbul edilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Noyabr, 2007
|
İran İslam Respublikasının dini rəhbəri ayətullah Seyid Əli Xamneyi ölkədə ictimai təhlükəsizliyin yüksəldilməsi ilə bağlı layihənin fasiləsiz və tam qüdrətlə aparılmasını tələb edib. "Media forum" saytının məlumatına görə, dini rəhbər noyabrın 7-də Tehran Hüqüq-Mühafizə Universitetindəki çıxışında deyib: "Hüquq-mühafizə qüvvələri müvəqqəti layihələri bir kənara qoyaraq nəticə alana qədər bu işlə məşğul olmalıdır".
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Noyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|