Səudiyyə Ərəbistanının "dini polis"inin iki əməkdaşı bir ölkə vətəndaşını öldürməkdə ittiham olunurlar. Onlar həmçinin qadın polis əməkdaşının iştirakı olmadan bir qadını həbs etməkdə günahlandırılırlar. Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, qadın vətəndaşı saxlayarkən qadın polis işçisinin iştirakı vacibdir.
Səudiyyə Ərəbistanında bu, əxlaq polisinin əməkdaşları ilə bağlı ilk məhkəmə prosesi olacaq. İstintaq materiallarına görə, müttəhimlər spirtli içkilərin saxlanılmasında şübhəli bilinən Ər-Riyad sakini Süleyman əl-Xuraisinin evinə soxulublar. Axtarış zamanı, polisin bildirdiyinə görə, evdən alkoqol və narkotik maddə dolu şüşə qablar tapılıb ki, bu da Süleyman əl-Xuraisinin bütün ailəsinin və eyni binanın başqa mənzillərində yaşayan qohumlarının həbsi üçün rəsmi səbəb olub. Daha sonra saxlanılan şəxs kamerada dəyənək zərbələrindən keçinib. Hadisə ilə bağlı məhkəmənin ilk iclasında hakim müttəhimlərin girov qarşılığında azad edilməsi xahişlərini rədd edib.
"Dini polis"in fəaliyyəti müxtəlif ölkələrdən olan bir çox görkəmli alimlər və islam xidimləri tərəfindən çoxdan tənqid olunur. Ən əsası isə, bu məzəmmətə onun əməkdaşlarının çox vaxt şəriətə uyğun olmayan hərəkətləri səbəb olur.