"Türkiyənin PKK ilə bağlı reaksiyasını və atdığı addımları dəstəkləyirik". Belə bir bəyanatla İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı çıxış edib. O bildirib ki, Türkiyə hakimiyyəti bir qədər ləngisə də atdığı addımla haqq-ədaləti qorumaq gücündə olduğunu göstərdi: "Hesab edirəm ki, Türkiyə geri çəkilməməli və PPK-nın bazalarını ləğv etməlidir. Üstəlik terrorçularoın İraq ərazisindən istifadəsinə son qoyulmalıdır".