İraqın böyük dini və siyasi liderlərindən biri olan Ayətullah Sistani Türkiyənin Şimali İraqla bağlı məsələyi sülh və diplomatik yollarla həll edilməsinin vacibliyini önə çəkib. İslam-Azeri-nin YDH-ə istinadlı xəbərinə görə İraqın böyük dini və siyasi liderlərindən biri olan Ayətullah Sistani Türkiyənin Şimali İraqla bağlı məsələyi sülh və diplomatik yollarla həll edilməsinin vacibliyini önə çəkib.
İraq Parlamentinin deputatları olan Xalid Atiyə, Arif Tayfun və Kürdistan Bölgəsi Parlament sədri Adnan Muftiyi qəbul edən Ayətullah Sistani Türkiyənin Şimali İraqdakı problemləri ancaq və ancaq sülh və diplomatik yollarla həll etməsinin vacib olduğunu qeyd edib.
Ayətullah Sistani bu danışıqlarda Türkiyə və İraqın mövqelərinin ortaq şəkildə qorunmasının da lazımlığını qeyd edib.