Dəniz səviyyəsindən 1.047 metr hündürlükdə, Alatau dağının ətəyində dünyada ən uca məscidlərdən biri tikiləcəkdir. Məsçid üçün 16 hektar torpaq sahəsi ayrılmışdır. Burada qadın və kişilərin ayrıca ibadət salonları olacaq, mədrəsə, kitabxana, uzaqdan gələnlər üçün mehmanxana tikiləcəkdir. Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin iqamətgahı da burada yerləşəcəkdir.
Məscidin baş kümbəzinin hündürlüyü 63 metr, dörd minarənin hündürlüyü isə 80 metr olacaqdır. Əsas giriş Məkkə istiqamətinə baxacaqdır. Burada eyni zamanda 20 min adam namaz qıla biləcəkdir. Bu günlərdə Almatıda olmuş bir neçə ölkənin ali müftisi Ravil Qaynutdin (Rusiya), Usman İsxakov (Tatarıstan), Muratali Jumanov (Qırğızıstan) və Sayid Xasan Atlatass (Sinqapur) Qazaxıstanın Ali müftisi Absattar Derbisalinin müşayəti ilə məscidin tikiləcəyi əraziyə baxmış, xeyir-dua vermişlər. Yeni məscid tikintisi 40-45 milyon ABŞ dollarına başa gələcək və inşaat işləri 2009-cu ildə başa çatacaqdır.