Fələstin milli birlik hakimiyyətinin dini işlər naziri Yusuf əl-Mansi Ramallada hakimiyyəti Qəza bölgəsindən olan zəvvarlara hər cür əngəl törətməkdə günahlandırıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi idarə həcc ziyarətinin yerinə yetirilməsini təmin etmək üçün bütün imkanlardan istifadə edir, amma Mahmud Abbasa qarşı loyal olan nazirlər buna əngəl olurlar.
Bununla bağlı curnalistlərlə keçirdiyi görüşdə Y.Mansi Səudiyyə Ərəbistanının hakimiyyətini onun rəhbərlik etdiyi nazirliklə əməkdaşlıq etməyə və Misirdəki səfirini Qəha sektorunlan olan zəvvarlara viza verilməsi barədə təlimatlandırılmasına çağırdı. Onun sözlərinə görə, Misir tərəfi zəvvarlar üçün "Rəfah" nəzarət-buraxılış məntəqəsinin yaradılmasının əleyhinə deyil, sadəcə Ramallanın icazəsini gözləyir.