Təşkilatın baş katibi Ekmaləddin İhsanoğlu üzv dövlətləri BMT-nin baş assambleyasındakı səsvermələrdə Azərbaycanı dəstəkləməyə çağırıb. İslam Konfransı Təşkilatı Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini birmənalı şəkildə pisləyib. Təşkilatın baş katibi Ekmaləddin İhsanoğlu üzv dövlətləri BMT-nin baş assambleyasındakı səsvermələrdə Azərbaycanı dəstəkləməyə çağırıb. Nyu-Yorkda keçirilən Xarici İşlər Nazirlərinin əlaqələndirici iclasında çıxış edən İhsanoğlu bildirib ki, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalına və təcavüzünə son qoymaq üçün İKT təsirli siyasi və iqtisadi tədbirlərə əl atmalıdır.
BMT baş katibinin xüsusi nümayəndəsinin iştirakı ilə keçirilən iclasda qəbul edilən son kommunikedə islam dünyasını narahat edən bir sıra məsələlərlə yanaşı təşkilatın Dağlıq Qarabağ münaqişəsinə rəsmi münasibəti də əks olunub. Sənəddə Ermənistanın beynəlxalq qanun və BMT-nin əsas prinsiplərini kobud şəkildə pozması vurğulanıb.