Balakən rayonunda azanın səsgücləndiricilərlə oxunması qadağan edilib. Bu barədə ANS PRESS-ə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, artıq neçə gündür rayonun icra hakimiyyəti azanın səsgücləndirici ilə oxunmasına imkan vermir. Amma yerli hakimiyyət məlumatı təsdiq etməyib.
Balakən Rayon İcra Hakimiyyətindən ANS PRESS-in Şimal bürosuna verilən məlumata görə, icra başçısı tərəfindən belə bir göstəriş verilməyib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mətbuat katibi Hacı Akif də bu barədə məlumatsız olduğunu söyləyib. O, bu məsələni araşdıraraq ANS PRESS-ə məlumat verəcəyini bildirib.
Xatırladaq ki, bir neçə ay əvvəl Bakı şəhərində də azanın səsgücləndiricilərlə oxunması qadağan edilmişdi. Lakin dindarların etirazından sonra məsələ öz həllini tapdı.