"Müəllimlər İnstitutunda dərsə buraxılmayan hicablı qızlarla bağlı problem öz həllini tapıb. Artıq həmin qızlar rahat şəkildə dərslərdə iştirak edirlər" - bu barədə saytımızın əməkdaşına İnstitutun rektorunun köməkçisi Natəvan xanım məlumat verib. Natəvan xanımın sözlərinə görə, həqiqətən də bir neçə gün hicablı qızlar dərsə buraxılmamış, lakin sonradan bu qadağa aradan götürülmüşdür.
Lakin o, bu qadağanın götürülməsində hansı amillərin rol oynadığını bildirməmişdir.
Xatırladaq ki, Təhsil naziri Misir Mərdanov dəfələrlə ictimaiyyət qarşısında bəyan edib ki, heç kimin hicablı tələbəni təhsil müəssisəsinə buraxmamağa ixtiyarı yoxdur.