POPULYARXƏBƏRLƏR

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Xaçmazda vəhhabi təriqətinin nümayəndələrinə qarşı xüsusi əməl

Sentyabrın 30-da axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xaçmaz şöbəsi Xudat şəhərində vəhhabi kimi tanınan şəxslərin - Xudat şəhərinin keçmiş imamı Nadir Xosrovoğlunun, AMİP fəalı Şaban Eyvazovun və Qarabağ əlili Vaqif Talıbovun evində axtarış aparıb.

Əməliyyatda MTN-in Bakıdan ezam edilmiş xüsusi təyinatlıları da iştirak ediblər. APA-nın şimal bürosunun Xaçmaz rayon Polis şöbəsindəki mənbədən əldə etdiyi məlumata görə, axtarışlar zamanı külli miqdarda dini ədəbiyyat, bir ədəd tir tüfəngi, bir ədəd xəncər və digər əşyalar aşkarlanıb. Şaban Eyvazov və Vaqif Talıbov dünən axşam Xudat polis bölməsinə aparılıblar. Vaqif Talıbov dindirildikdən sonra sərbəst buraxılsa da, Şaban Eyvazov hələ də polisdə saxlanılır. Məlumatlara görə, axtarış tədbirləri zamanı Nadir Xosrovoğlu evdə olmayıb. Xudat şəhər polis bölməsinin baş əməliyyat müvəkkili Binyaməddin Abuzərov APA-nın şimal bürosuna müsahibəsində keçirilən əməliyyatın polis şöbəsi ilə heç bir əlaqəsi olmadığını, buna görə də açıqlama verə bilməyəcəyini deyib. Axtarış keçirilən evlərin sakinləri isə açıqlamalarında müsadirə olunan dini ədəbiyyatın Bakının müxtəlif mağazalarından alındığını, evlərindən heç bir döyüş sursatı tapılmadığını söyləyiblər. Son məlumatlara görə, əməliyyat tədbirləri müxtəlif yaşayış məntəqələrində davam etdirilir. Bu tədbirlərin keçirilməsinin bir neçə gün əvvəl Qusar şəhərində polisləri yaralayaraq qaçan və hazırda axtarılan, vəhhabi kimi tanınan Telman Abdullayevlə əlaqədar olduğu da bildirilir.



Yerləşdirilib:2 Oktyabr, 2007  05:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com