 | POPULYARXƏBƏRLƏR |




|
Azərbaycanda radikal vəhhabilik təhlükəsi yoxdur. Bu bəyanatla Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edib. APA-nın məlumatına görə, son günlər paytaxt Bakıda və ayrı-ayrı rayonlarda radikal vəhhabilərin zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyatlara münasibət bildirən nazir Azərbaycan hüquq-mühafizə orqanlarının istənilən qeyri-qanuni hərəkətin qarşısını almağa qadir olduğunu vurğulayıb: "Azərbaycanda dini ekstremizm təhlükəsi yoxdur. Ayrı-ayrı şəxslərin qeyri-qanuni əməlləri meydana çıxanda isə bu, istər hüquq-mühafizə orqanları, istərsə də cəmiyyət tərəfindən lazımi şəkildə cavablandırılır".
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
Azərbaycanın hərbi təhsil müəssisələrində vəhhabiliklə bağlı faktlar yoxdur. APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Ali Hərbi Məktəb və Cəmşid Naxçıvanski adl Hərbi Liseyin bir qrup kursantının vəhhabi olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
"Bir nəfərin vəhhabi olması o demək deyil ki, Azərbaycan Ordusunda hamı vəhhabidir". Bu sözləri APA-ya eksklüziv açıqlamasında N saylı hərbi hissənin zabiti, bir neçə silah-sursatı götürərək hərbi xidmət yerini özbaşına tərk etmiş Kamran Əsədovun vəhhabi təriqətinə mənsub olması barədə məlumatlara münasibətini bildirən Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
Dəvəçi vəhhabilərinin imamı sayılan 1970-ci il təvəllüdlü Mirzə Əlibəy oğlu Əlibəyov həbs edilib. APA-nın şimal bürosunun xəbərinə görə, M. Əlibəyov yerli məhkəmənin qərarı ilə polisə müqavimətdə günahlandırılaraq 15 gün inzibati həbs cəzasına məhkum edilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
"Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabiti, baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal vəhhabi qrupunun digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidmət etdiyi hərbi hissədən 4 ədəd avtomat silahı, 1 ədəd "PK" əl pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və hərbi ləvazimat oğurlayaraq hərbi hissəni özbaşına tərk edib. Kamran Əsədov və qrupun digər üzvləri oğurladıqları silah-sursatı və hərbi ləvazimatların bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər".
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Gürcüstan katolikos patriarxı II İlya "Müqəddəs Georgi" məbədinin keşişi İosif Canbazaşvilini geri çağıraraq onun yerinə Georgi Abasaşvilini təyin edib. Yeni təyin olunmuş keşiş bir neçə gündən sonra rayona gələrək səlahiyyətlərinin icrasına başlayacaq. Qax-ingiloy kəndindəki mənbələrdən APA-nın yerli bürosuna daxil olan məlumata görə, G. Abasaşvili üç il bundan əvvəl də bu məbəddə keşiş vəzifəsində çalışıb. Bundan bir il əvvəl isə onu İ. Canbazaşvili əvəz edib. G. Abasaşvilinin keşiş olduğu dövrdə Qax rayonunda yaşayan gürcülərin dinlə bağlı heç bir problemi yaranmayıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
Ötən gün Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev və Tbilisi şəhərinin vitse-meri Zurab Sereteli Qax rayonuna qeyri-rəsmi səfər ediblər. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nümayəndə heyətinin tərkibində Qazaxıstan, Rumıniya və Çinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirləri də olub.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
Bakıda səfərdə olan Vatikanın Azərbaycandakı nümayəndəsi Klaudio Qucerotti dövlət orqanlarında görüşlər keçirəcək
Vatikanın Azərbaycandakı nümayəndəsi – nunsi Klaudio Qucerotti Bakıda səfərdədir. Bakı katolik kilsəsinin rəhbəri Yan Çaplanın APA-ya verdiyi məlumata görə, nunsi Azərbaycan Prezident Aparatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsində görüşlər keçirəcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
"Bu gün də olmasa, sabah belə təhlükə cəmiyyət üçün çox qorxulu ola bilər". Daxili İşlər naziri Ramil Usubov bunu oktyabrın 29-da Milli Təhlükəsizlik Nazirliyinin bir qrup vəhhabiyə qarşı həyata keçirdiyi əməliyyatdan sonra deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
Əməliyyatın nəticələri barədə hər hansı məlumat verilməyib
Oktyabrın 28-də və 29-da gecə saatlarında hüquq- mühafizə orqanlarının əməkdaşları İsmayıllı rayonu (Bakıdan 190 kilometr şimal-qərb) ərazisində vəhabilərə qarşı əməliyyat keçirib. Bu barədə Turan informasiya agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|