Azərbaycanda radikal vəhhabilik təhlükəsi yoxdur. Bu bəyanatla Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edib. APA-nın məlumatına görə, son günlər paytaxt Bakıda və ayrı-ayrı rayonlarda radikal vəhhabilərin zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyatlara münasibət bildirən nazir Azərbaycan hüquq-mühafizə orqanlarının istənilən qeyri-qanuni hərəkətin qarşısını almağa qadir olduğunu vurğulayıb: "Azərbaycanda dini ekstremizm təhlükəsi yoxdur. Ayrı-ayrı şəxslərin qeyri-qanuni əməlləri meydana çıxanda isə bu, istər hüquq-mühafizə orqanları, istərsə də cəmiyyət tərəfindən lazımi şəkildə cavablandırılır".
Nazir Azərbaycanın digər dövlətlərlə birgə terrorizmə qarşı uğurla mübarizə apardığını da sözlərinə əlavə edib.