POPULYARXƏBƏRLƏR

İraqda Mehdi Ordusu Bəsrə şəhərini öz nəzarəti altına alıb

İslam-Azeri-nin Əl-Bağdadiyyə telekanalına istinadlı xəbərinə görə bu gün (23 oktyabr) İraqda Seyyid Müqtəda Sədrin rəhbərlik etdiyi Mehdi Ordusu Bəsrə şəhərinin nəzarətini öz əlinə alıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007

Tədbirdə Mövlana Cəlaləddin Rumi ilə bağlı çəkilən bir saatlıq "Səma göstərişi" adlı film də nümayiş etdirilib

Bu gün Dövlət Filarmoniyasında 13-cü əsrdə yazıb-yaratmış müsəlman alimi və şairi Mövlana Cəlaləddin Rumiyə həsr olunmuş "Mövlana günləri"nin təntənəli açılış mərasimi keçirilib. Gecədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Yazıçılar Birliyinin sədri Anar və digər ziyalılar iştirak ediblər. Əbülfəz Qarayev "Mövlana günləri"nin YUNESKO-nun təklifi ilə bütün dünyada qeyd edildiyini bildirib: "Mövlana Cəlaləddin Rumi türk-islam mədəniyyətinin bəşəriyyətə bəxs etdiyi ən nadir simalardan, söz-təfəkkür ustadlarından biridir. Bu mənada onun anadan olmasının 800 illiyinin YUNESKO çərçivəsində qeyd olunması heç də təsadüfi deyil. Mövlananın bədii-fəlsəfi irsi Milli mənsubiyyətindən, dilindən, irqindən, cinsindən asılı olmayaraq bütün insanlar üçün böyük dəyər daşıyır. Çünki o, insanlar arasında sevgi, məhəbbət, qardaşlıq hisslərini tərənnüm edir. YUNESKO Mövlana günlərinin bəşəriyyətin bayramına çevrilməsinə qərar verib. Mövlana bayramınız mübarək!".

Ətraflı| Şərhlər: 0 | Дата: 23 Oktyabr, 2007

İranın əxlaq təhlükəsizliyi polisinin rəisi, general Əhməd Ruzbəhani ölkədə bundan sonra qarşısı alınacaq geyim formalarından söz açıb. "Media forum" saytının məlumatına görə, Ə.Ruzbəhani deyib ki, qısa və dar şalvar, manto geyən, habelə qabağı və böyrü yarıq mantolara üstünlük verən, yaxası açıq gəzən, saçları tam örtməyən nazik və qısa şərflərdən istifadə edən, kosmetikadan hədsiz yararlanan qadınların qarşısı gələcəkdə də alıncaq.

Ətraflı| Şərhlər: 0 | Дата: 23 Oktyabr, 2007

Gürcüstan Patriarxiyası ümid edir ki, Qax rayonundabağlanmış gürcü kilsəsi işini bərpa edəcək

Gürcüstan Patriarxiyası Azərbaycanın Qax rayonunda yerləşən Müqəddəs Georginin adını daşıyan Kurmux kilsəsinin bağlanmasından, həmçinin pravoslav ibadətlərinin keçirilməsinə qoyulan qadağadan təəssüflənir. Bu barədə Gürcüstan Patriarxiyasının oktyabrın 20-də yaydığı bəyanatında deyilir.

Ətraflı| Şərhlər: 0 | Дата: 23 Oktyabr, 2007

2 nəfər ölüb, 20-dən çox fələstinli qətlə yetirilib

Qəzza sektorunda rəqib hərəkatlar arasında qarşıdurma baş verib. İlkin məlumata görə, 2 nəfər ölüb, 20-dən çox fələstinli yaralanıb. Ölənlər arasında 13 yaşlı gənc də olub. Son 3 gündə atışmalarda 6 nəfər həyatını itirib. Qarşıdurma "Həmas" təşkilatı üzvlərinin Helles tayfası üzvünün avtomobilini müsadirə etmək cəhdindən sonra başlanıb. Bölgədə polis funksiyasının yerinə yetirən "Həmas" təşkilatı üzvləri avtomobilin dövlət əmlakı olduğunu iddia ediblər.

Ətraflı| Şərhlər: 0 | Дата: 23 Oktyabr, 2007

Silsilə tədbirlər oktyabrın 25-nə kimi davam edəcək

Bu gün "Azərbaycanda Mövlana günləri" çərçivəsində silsilə tədbirlərin açılış mərasimi keçirilib. Açılış Müasir İncəsənət Mərkəzində baş tutub. Tədbirin açılışında Türkiyədən Konya Böyükşəhər bələdiyyəsinin, Azərbaycandan Rəssamlar İttifaqının nümayəndələri iştirak edib. Onlar Mövlana sənəti səma göstərisi haqqında danışıblar.

Ətraflı| Şərhlər: 0 | Дата: 23 Oktyabr, 2007

Almaniyanın Dortmund şəhərində keçirilmiş futbol qarşılaşmasını yəhudi hakim idarə edib

Almaniyanın Dortmund şəhərində türk mollalarla alman keşişlər arasında futbol qarşılaşması keçirilib. Müsəlman din xadimləri alman din adamlarına 6-1 hesabı ilə məğlub olub. Komandaların hər birində 6 nəfər oyunçu olub və matçı yəhudi hakim idarə edib.

Ətraflı| Şərhlər: 0 | Дата: 23 Oktyabr, 2007

Yeni istehsal edilən kuklıalar surələr, dualar və ilahilər oxuyur

Mərkəzi İstanbulda olan bir otuncaq firması Çində sifarişlə istehsal etdirdiyi yeni Elif və Hilal adlı kuklaları satışa çıxarıb. Təxminən 20 YTL (14 AZN) qiymətlə satılan oyuncaq batareya ilə işləyir və müxtəlif yerlərinə toxunulduğu vaxt Qurandan surələr, ilahilər və türkcə dualar oxuyur. Satıcı firma bildirir ki, xüsusilə Ramazan ayında satışlarda çoxalma olub.

Ətraflı| Şərhlər: 0 | Дата: 23 Oktyabr, 2007

Xristian-baptist təşkilatının üzvü olmaqda günahlandırılaraq həbs olunan Zaqatalanın Əliabad kənd sakini Zaur Balayev 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Z. Balayevin ailə üzvləri məlumat veriblər.

Ətraflı| Şərhlər: 0 | Дата: 23 Oktyabr, 2007

Bu şirkət şəriət qaydaları ilə işləyəcək

İnvestisiya şirkətində bir neçə layihənin müzakirəsi aparılır. Şirkətin icraçı direktoru Anar Axundov ANS TV-yə bildirib ki, ən əsas layihələrdən biri İslam İnkişaf Bankı ilə birgə yeni investisiya şirkətinin yaradılmasıdır. Yaradılacaq yeni şirkət şəriət qaydaları ilə işləyəcək. Anar Axundovun sözlərinə görə, şirkətin yaradılmasında məqsəd müsəlman ölkələrinin əsasən varlı ərəb iş adamlarını Azərbaycana cəlb etməkdir.

Ətraflı| Şərhlər: 0 | Дата: 23 Oktyabr, 2007
 
3532 səhifədən 3518 << < 3514 3515 3516 3517 3518 3519 3520 3521 3522 > >>
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com