Azərbaycanın hərbi təhsil müəssisələrində vəhhabiliklə bağlı faktlar yoxdur. APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Ali Hərbi Məktəb və Cəmşid Naxçıvanski adl Hərbi Liseyin bir qrup kursantının vəhhabi olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Kursantların vəhabiliyi yaymaqda təqsirli bilinərək saxlanılmaları ilə suala cavabında isə Ç. Məmmədov " Buna münasibət bildirmək istəmirəm. Çünki bu cür suallardan xoşum gəlmir" deyib.