 | POPULYARXƏBƏRLƏR |




|
"Mən ən dəyərli şey olan insan həyatını aldım" Rusiyada seriyalı qətllər törədən və 63 adamı öldürdüyünü söyləyən Aleksandır Piçuşkin, qurbanlarını öldürüb-öldürməmək qərarını verəndə özünü "Tanrı" hiss etdiyini bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007
|
Kasıb tələbələri missioner təşkilatların fəaliyyətində iştirak etməyə sövq edirlər. Bu barədə Gənclər ilinə həsr olunmuş dəyirmi masada Tələbələrin Beynəlxalq Əməkdaşlıq Birliyinin sədri Xaliq Qarayev bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007
|
Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət evində "Qeyri-ənənəvi dinlər və təriqətlər" mövzusunda seminar-treninq keçirilib. Masallı Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, rayon ictimaiyyəti nümayəndələrinin, din xadimlərinin qatıldığı tədbiri giriş sözü ilə RİH başçısının I müavini Nadir Abıyev açıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) cənub bölgəsi üzrə nümayəndəsi Miryəhya Bədirov "Qeyri-ənənəvi dinlər və təriqətlər" mövzusunda geniş məruzə edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov çıxışında ölkəmizdə formalaşan dövlət-din münasibətlərindən, qeyri-ənənəvi dinlərin və təriqətlərin yayılmasına qarşı hamılıqla mübarizə aparılmasından söz açıb. O, vəhhabilik və nurçuluq təriqətlərinin cənub bölgəsində çox zəif olduğunu qeyd edərək, onlara qarşı mübarizənin vacibliyini önə çəkib.
Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007
|
Papalığın Dinlərarası Dialoq Komitəsinin sədri Kardinal Tavran: "Qurani-Kərim mövcud olduqca müsəlmanlarla dialoq aparmaq çətindir" deyib
Vatikan müsəlmanlarla sözün əsl mənasında teoloji dialoq aparmağın mümkünsüzlüyünü bildirib. Səbəb isə müsəlmanların Qurani-Kərimi Allahın kəlamı olduğunu qəbul etmələri və Quran barəsində dərin mübahisənin qəbul edilməz olduğuna inanmalarıdır. Həmçinin, Kardinal Jan Lui Tavran bildirb ki, "Müsəlmanlar Quranı Allahın kəlamı hesab etdiyi üçün Quran mövzusunda dərin mübahisə etməyi qəbul etmirlər. Məsələyə belə yanaşma ilə əqidə mövzusunda mübahisə etmək çətindir".
Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007
|
Mövlanə Cəlaləddin Ruminin 800 illik yubileyi çərçivəsində Azərbaycanda keçirilən "Mövlanə günləri" başa çatıb. APA-nın məlumatına görə, bu gün Azərbaycan Dövlət Opera və Balet Teatrında "Mövlanə günləri"nin bağlanış mərasimi keçirilib. Tədbiri açıq elan edən AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov Azərbaycanın son 5 günü Mövlanə ilə yaşadığını bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007
|
Ümumulikdə 258 ədəd müxtəlif dini təyinatlı ədəbiyyatlar aşkar edilib
Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 22-də ölkədə nəşrinə icazə verilməmiş dini ədəbiyyat aşkar edilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007
|
Sabah Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Belarus Respublikasına yola düşəcək. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, səfərdə məqsəd "Qloballaşma şəraitində İslam və xristianlığın dialoqu" mövzusunda beynəlxalq konfransın işinə qatılmaqdır. Tədbirdə Belarus, MDB və Qərb Avropa ölkələrinin elmi ictimaiyyətlərinin tanınmış nümayəndələrini və müxtəlif konfessiyaların nüfuzlu din xadimləri bir araya gələcək. QMİ sədri konfransda məruzə ilə çıxış edərək, müzakirə olunan mövzuya öz münasibətini bildirəcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007
|
"Nərimanov rayonu ərazisində yerləşən xristian qəbristanlığın köçürülməsi beynəlxalq aləmdə səs-küy yaradıb. Bir neçə gün əvvəl mən həmin əraziyə baxış keçirdim, məlum oldu ki, yol çəkmək adı ilə köçürülən həmin qəbiristanlığın ərazisində villalar tikilir". APA-nın məlumatına görə, bunu millət vəkili Pənah Hüseyn Milli Məclisin bugünkü iclasında bələdiyyələrə dair bəzi qanunvericilik aktlarına - "Bələdiyyələrin maliyyə əsasları" və "Bələdiyyə torpaqlarının idarə edilməsi" ilə bağlı qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrdə bildirib. Qeyd edək ki, dəyişikliklərə görə, qəbristanlıqların mühafizəsi, yas mərasimlərinin, dəfnlərin bələdiyyələr tərəfindən təşkili nəzərdə tutulur. P. Hüseyn bunun doğru addım olmadığını qeyd edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007
|
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) "İslam sülhün və qardaşlığın rəmzidir" adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımov Türkiyəyə çatıblar. Marafon iştirakçılarından biri Şahid Qurbanov APA-ya bildirib ki, onlar oktyabrın 2-də Azərbaycandan İrana, oktyabrın 14-də isə Türkiyəyə çatıblar. Türkiyə ərazisində Ərzuruma qədər piyada gedən marafon iştirakçılarına polis dağlıq ərazilərlə keçməyə imkan verməyib. Buna səbəb həmin ərazilərdə PKK terrorçularının məskən salması ehtimalıdır. Marafon iştirakçıları Ərzurumdan İstanbula qədər avtobusla yola salınıblar, oradan isə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Ankaraya gətiriliblər. Hazırda Ankaradakı Azərbaycan səfirliyində olduqlarını deyən Ş. Qurbanovun sözlərinə görə, sabah onlar Türkiyə qaziləri ilə birgə Atatürkün məzarını ziyarət edəcəklər. Yaxın günlərdə isə Türkiyədən Suriyaya keçəcəklər.
Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007
|
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinə (DEVAMM) hicablı tələbələrə qarşı hücumların başlanması barədə şikayətlər daxil olur.
Ətraflı| Şərhlər: 0 | Дата: 27 Oktyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|