 | POPULYARXƏBƏRLƏR |




|
Səudiyyə Ərəbistanının "dini polis"inin iki əməkdaşı bir ölkə vətəndaşını öldürməkdə ittiham olunurlar. Onlar həmçinin qadın polis əməkdaşının iştirakı olmadan bir qadını həbs etməkdə günahlandırılırlar. Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, qadın vətəndaşı saxlayarkən qadın polis işçisinin iştirakı vacibdir.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Halal (şəriətə görə icazə verilən) turizm sənayesinin və İslam Konfransı Təşkilatına üzv ölkələrində istirahətin inkişafı ilə məşğul olacaq Beynəlxalq islami turizm şirkəti yaradılıb. Bu, müsəlman ölkələrində turizmin inkişafı ilə bağlı Ciddə şəhərində keçirilən I Forumun yekunu olmuşdur.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Ağ Ev Donald Ramsfelddən və onun "Vaşinqton Post" qəzetində dərc olunan islamofobiya fikirlərindən yaxasını kənara çəkib. Qəzetin cümə axşamkı nömrəsindən etibarən bir hissəsi nəşr olunmağa başlayan ABŞ-ın keçmiş müdafiə nazirinin iş qeydlərində qeyd olunur ki, müsəlmanlar dünyaya əmin-amanlıq gətirəcək əməkdən, səydən və işdən boyun qaçırırlar.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Misir sakini Əlau'd-din Səid sırf məscidlərdə vəz və xütbələri lal-karlar üçün sinxron tərcümə etmək və onların islam cəmiyyətinin tamhüquqlu üzvləri olmalarına kömək etmək məqsədilə jestlər dilini öyrənib. "Mən lal-kar dilini öyrəndim ki, diskriminasiyaya son qoyum" - deyə Əlau'd-din Səid bildirir.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
"Bildiyiniz kimi, hal hazırda ölkədə vəhabi bəhanəsi ilə inanclı insanlara qarşı psixoloji təzyiqlərə başlamışdır. Bu təzyiqlərin görünən və görünməyən tərəfləri vardır. Görünməyən tərəflərindən biri də, hicablıların ictimaiyyətdə artmasından qorxaraq yeni qanun layihəsi hazırlığı haqqında KİV-ləri ilə ictimaiyyətə sızdırmaqdır.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ədəbi-fikir tariximizdə ilk dəfə olaraq "Azərbaycan İslam Ensiklopediyası" hazırlanır. Bu barədə APA-ya institutun mətbuat xidmətinin rəhbəri Vüqar Məmmədov məlumat verib. O bildirib ki, institutun "Din və ictimai fikir tarixi" şöbəsinin hazırladığı bu ensiklopediya üçün materialların böyük hissəsi artıq toplanıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, Ermənistan xüsusi xidmət orqanlarının yaxın və uzaq perspektiv planlarında Azərbaycan vətəndaşları arasında dini ayrı-seçkilik, dözümsüzlük, ekstremizm toxumları səpmək, həmçinin missioner təşkilatların rolunun artırılmasını dəstəkləməklə, müsəlman dini-etnik ideyası ilə mübarizə aparmaq, İslamı ləkələyən fikirlər yaymaq, missioner təşkilatlarının fəaliyyətinin gücləndirilməsi nəticəsində Azərbaycanı dini zəmində əməliyyat meydanına çevirmək məqsədi güdülür.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) "İslam sülhün və qardaşlığın rəmzidir" adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımovun Türkiyədən Suriyaya keçməsində viza məsələsi ilə bağlı yaranan problem Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən həll edilib. Marafon iştirakçısı Şahid Qurbanov APA-ya bildirib ki, Türkiyə rəsmiləri və Suriyanın bu ölkədəki səfirliyi onların bu istiqamətdə hərəkət etməsinin təhlükəli olduğunu söyləyiblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Çeri But – Böyük Britaniyanın keçmiş baş nazirinin həyat yoldaşı qadın azadlığının mədəni və dini fərqliliklər səbəbilə Asiya ölkələrində yayılmasının mümkün olmadığını bildirən hüquq müdafiəçilərini pisləmişdir. Tənqidə xüsusilə ortodoksal yəhudi adətləri məruz qalmışdır, hansı ki, onlara görə qadın ərinin icazəsi olmadan ondan boşana bilməz.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Britaniya ibtidai məktəblərindən birinin müəllimələri işə müsəlman qiyafəsində gəliblər. Bununla onlar bir müddət əvvələ təsadüf etmiş Ramazan bayramını qeyd etmək qərarına gəliblər. Həmin məktəbdə oxuyanların böyük əksəriyyəti xristiandır. 41 müəllimdən yalnız ikisi müsəlmandır. Bununla belə, tolerantlığın gücləndirilməsi məqsədi güdən bu aksiyanı hamı həvəslə dəstəkləmişdir.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|