 | POPULYARXƏBƏRLƏR |




|
Radikal dini təriqətlərin Azərbaycana axını dövlətçiliyə böyük təhlükə yaradır, çərşənbə günü "Trend"ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev bildirib. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi radikal vəhabilərin Azərbaycanda fəaliyyətlərinin təhlükəli olduğu barədə hələ 15 il öncə müvafiq dövlət qurumlarına xəbərdarlıq göndərib.
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
|
Anti-sionist yəhudilərin Avropa qanadının rəhbəri deyib: Sionistlərin qorxusu yəhudilərlə müsəlmanların əməkdaşlığıdır. Anti-sionist yəhudilərin Avropa qanadının rəhbəri baş ravvin Moşe Fridman İRNA ilə müsahibədə xristianlar və yəhudilərin beynəlxalq sionizmin yox edilməsi istiqamətində müsəlmanlarla birləşməsinə işarə edib : "Yəhud sionizmdən tam ayrıdır və yəhud dinində və hər hansı İlahi dində sionizmlə müxalifət ən əsas dini hökmlərdəndir".
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
|
Beynəlxalq Ərəb Birliyi Türkiyə və Şimali İraqdakı problemlər haqqında dialoq aparmaq üçün təcili bir toplantı keçirəcək. İraqda yayımlanan Sabah qəzetinin xəbərinə görə Beynəlxalq Ərəb Birliyi Türkiyə və Şimali İraqdakı problemlər haqqında dialoq aparmaq üçün təcili bir toplantı keçirəcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
|
Səudiyyə Ərəbistanın Kralı Abdullah Avropa səfəri çərçivəsində Papa 16 Benediktlə 6 noyabrda görüşəcək. Vatikanla diplomatik əlaqələri olmayan Səudiyyə Ərəbistanı rəsmisinin Papa-nı ziyarətə getməsi Ərəb və müsəlman aləmində birmənalı qarşılanmayacağı proqnozlaşdırlır.
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
|
Eldar Səfərov: "Bir hadisə baş veribsə, bundan orduda vəhhabiliyin yayılması ilə bağlı nəticə çıxarmaq düzgün deyil"
"Bir hadisə baş veribsə, bundan orduda vəhhabiliyin yayılması ilə bağlı nəticə çıxarmaq düzgün deyil. Müdafiə Nazirliyi baş verən hadisədən çox təəssüflənir. Ancaq nə etməli ki, istisna hal olsa da, Kamran Əsədov kimi bəzi gənclər mülki həyatda düşdüyü təsirdən hərbi xidmətdə də qurtula bilmir. Kamran Əsədov heç bir yerə qaça bilməyəcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
|
"Türkiyənin PKK ilə bağlı reaksiyasını və atdığı addımları dəstəkləyirik". Belə bir bəyanatla İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı çıxış edib. O bildirib ki, Türkiyə hakimiyyəti bir qədər ləngisə də atdığı addımla haqq-ədaləti qorumaq gücündə olduğunu göstərdi: "Hesab edirəm ki, Türkiyə geri çəkilməməli və PPK-nın bazalarını ləğv etməlidir. Üstəlik terrorçularoın İraq ərazisindən istifadəsinə son qoyulmalıdır".
Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
|
Həyatda iki şeyin savabını hesablamaq olmaz: Əfv etmək və ədalətli olmaq. Allah-Təala Qurani Kərimdə Əraf surəsinin 199-cu ayəsində buyurur: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!". Unutmaq olmaz ki, əfv və güzəşt dedikdə insan yalnız bəzi hallarda deyil, bütün şəraitlərdə bu xüsusiyyətə sahib olmalı və bu, bir növ onun üçün vərdiş və adət halına çevrilməlidir. Əgər insanlar bir-birlərinə güzəşt etməsə, biri digərinin səhvinə göz yummasa, cəmiyyətdə özbaşınalıq baş alıb gedər və hər cür hərc-mərclik böyük bir problemə çevrilər. Belə bir şəraitdə müqəddəs İslam dininin öz davamçılarına tövsiyə etdiyi şey də səbirli və təmkinli olmaq, hər işdə mümkün qədər güzəştə getməkdir.
Ətraflı| Şərhlər: 0 | Дата: 31 Oktyabr, 2007
|
Aərbaycanda mənəvi, dini dəyərlərimiz uzun müddət ərzində amansız aşınmalara məruz qalıb. Tarixən öz ilkinliyinə, öz mənliyinə qayıtmaq istəyən millətimiz dəqiq olaraq nəyə, hansı dəyəri bərpa etməyin fərqinə varmaqda zorluq, çətinlik çəkmişdir. Əlbəttə, burada yadellilərin, kafirlərin rolu da az olmamışdır. Onların təsiri altında Azərbaycan xalqı mənən təzyiqlərə məruz qalmış, ancaq buna baxmayaraq, öz keçmişini qoruyub saxlamağı və bunu gələcək nəsillərə ötürməyi bacarmışdır. Bu mübarizələrdə xalqımız zaman-zaman ağır nəticələrlə də üzləşmişdir. Xalqımızın maddi nemətləri talan edilmiş, mədəniyyəti, dili və dini ağır zərbə almışdır. Dindəki sarsıntılar da bu yöndən baş qaldırmışdır.
Ətraflı| Şərhlər: 0 | Дата: 31 Oktyabr, 2007
|
Əgər bu dünya həyatını başqa bir dünya olmadan təsəvvür etsək, həyat necə də puç və mənasız olar. Bu eynilə ana bətnindəki körpənin bu dünya ilə əlaqəsi olmaması kimidir. Bir anlığa təsəvvür edin ki, ana bətnindəki körpənin düşüncəsi olsa, orada keçirdiyi günlər barədə fikirləşib təəccüb edər və onu bir çox suallar düşündürməyə başlar. Nəyə görə mən buradayam, sonum necə olacaq? Əgər ona desələr ki, bu sənin keçirdiyin başlanğıcdır, sən geniş bir dünyaya daxil olub, orada günəş, ay, yaşıl ağaclar, otlar, güllər və s. görəcəksən, onda körpə rahat nəfəs alıb "indi bildim, mən nə üçün burdayam" deyər. Əgər ana bətnindəki dövrün bu dünya ilə əlaqəsi kəsilsə hər şey puç olar. Bu dünya ilə axirət aləminin əlaqəsi də bu cürdür.
Ətraflı| Şərhlər: 1 | Дата: 31 Oktyabr, 2007
|
Həqiqi mömin sifətlərindən biri də rizadır, yəni razı qalmaq. İmam Sadiq buyurur: "Rizanın sifəti odur ki, xoşladığı və xoşlamadığı şeylərdən razı qalır". Ümumiyyətlə, bu mövzu çox böyük və məsuliyyətlidir. Amma nədənsə ağlıma ilk olaraq bu mövzu gəldi. Bəlkə də bu səbəbdəndir ki, son günlər məni çox narahat edir. Görəsən Allahın razılığını qazana bilərəmmi və yaxud Allahın razılığını qazanmaq üçün səy göstərirəmmi?
Ətraflı| Şərhlər: 0 | Дата: 31 Oktyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|