"Bir nəfərin vəhhabi olması o demək deyil ki, Azərbaycan Ordusunda hamı vəhhabidir". Bu sözləri APA-ya eksklüziv açıqlamasında N saylı hərbi hissənin zabiti, bir neçə silah-sursatı götürərək hərbi xidmət yerini özbaşına tərk etmiş Kamran Əsədovun vəhhabi təriqətinə mənsub olması barədə məlumatlara münasibətini bildirən Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev deyib.
Heydər Əliyev adına Ali Hərbi Məktəb və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə zabit və kursantların vəhhabilikdə təqsirləndirilərək həbs olunması barədə xəbərlərə münasibətini bildirən nazir bunun həqiqətə uyğun olmadığını söyləyib.