POPULYARXƏBƏRLƏR

XIII əsrin görkəmli müsəlman mütəfəkkiri, şair və sufi Cəlaləddin Ruminin həyatı haqqında bədii film ekranlaşdırılacaq. 25 milyonluq büdcəsi olan film İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin kinematoqrafları tərəfindən çəkiləcək. Birgə layihənin həyata keçirilməsinə qərar Romada, hələ illik beynəlxalq kinofestival zamanı verilmişdi.

Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007

BMT-nin insan haqları üzrə Komissiyasının eksperti, Fələstinin su təchizatındakı problemlərlə bağlı BMT-nin xüsusi məruzəçisi Can Ziqler İsraili "dünyada beynəlxalq qanunvericiliyə riayət etməkdən boyun qaçıran yeganə imperialist recim" adlandıraraq, bu quruluşun ünvanına sərt tənqidlə çıxış etmişdir. "İsrail – dünyada yeganə hökumətdir ki, beynəlxalq hüququn hər hansı normalarına riayət etməkdən imtina edir" - deyə o bildirmişdir.

Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007

Gürcüstanın Orovaslav Kilsəsi Azərbaycanın gürcü əhalinin kompakt yaşadığı Qax rayonunun Kurmux kəndinin Müqəddəs Georgi kilsəsində ibadət etməsi məqsədilə yeni keşiş göndərəcək. Azərbaycan vətəndaşlığına malik olacaq keşiş İohanı keşiş Qabriel əvəzləyəcək. Bu barədə Gürcüstan Patriarxlığından verilən məlumatda deyilir. Ötən həftə Gürcüstan KİV-nin yaydığı məlumatda bildirilib ki, Kurmux kilsəsi yerli hakimiyyət orqanları bağlayıb və kilsədə ibadət edilməsinə qadağa qoyulub. Azərbaycanın XİN rəsmiləri bu məlumatı Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasına yönəlmiş təxribat kimi qiymətləndiriblər.

Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007

"Dünya dövlətləri bu gün dilemma qarşısındadır - ya dinlər, mədəniyyətlərarası dialoq, ya da dözümsüzlük, parçalanma və gərginliyə doğru getmək". Bunu prezident İlham Əliyevin xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, "Gənclər sivilizasiyalar ittifaqı naminə" adlı nəsillərarası konfransın açılış mərasimində deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007

Həmin tələbələrin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, artıq iki gündür ki, institut rəhbərliyi onların dərsə buraxılmasına icazə verib. Tələbələrin sözlərinə görə, bu, Ombudsman Elmira Süleymanovaya ünvanladıqları şikayətdən sonra mümkün olub. İnstitutun humanitar fənlər fakultəsinin dekanı Əminət Haxova da APA-nın yerli bürosuna açıqlamasında məktəbdə təhsil alan hicablı tələbələrlə yaranmış problemin həll olunduğunu təsdiqləyib. O, hicablı qızların istəyinə uyğun olaraq artıq onların çarşabda dərsdə oturmaqlarına icazə verildiyini bildirib.

Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007

Bu gün Bakıda "Gənclər sivilizasiyaların ittifaqı naminə" adlı iki günlük beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, tədbir Heydər Əliyev Fondu və İslam Konfransı Təşkilatının Gənclər Forumu tərəfindən İSESCO, Avropa Şurası, BMT-nin İnkişaf Proqramı, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007

Ölüm… hər bir şeyin süquta uğrayacağı bir proses, fanilikdən əbədiliyə qovuşmanın başlanğıç nöqtəsi. O nöqtə ki, hər bir canlının taleyinə yazılan və pozulması qeyri-mümkün olan bir nöqtə. Yaradılmışların hər biri elə yarandığı dövrdən etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi. Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir. Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin "ölüm" adlı bir sonluğun mövcudluğunu.

Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007

"O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!" (Ənam, 102).

Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007

Ramazanı sevə-sevə yaşayan,
Ramazanın bitməsini qəm eylər.
Ürəyində Allah eşqi daşıyan,
Gözlərini səhər-axşam nəm eylər.

Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007

Həya – utanmaq və ayıb olan bir şeyin nəticəsində insanda meydana çıxan xəcalət hissi mənalarına gəlməkdədir. Həya iki növdür ki, birincisi Allahın hər kəsə doğuşundan vermiş olduğu fitri həya hissidir. Buraya xüsusən hər kəsin cəmiyyət içərisində açıq-aşkar etməkdən utanaraq etmədiyi hərəkətlər daxildir. İkincisi isə tərbiyə, təhsil, böyüdüyü mühitin və imanının ona verdiyi mənəvi və tərbiyəvi dəyərlərdir ki, bunu insanlar yaşadığı zaman ərzində qazanmaqdadırlar. Bir sözlə desək, həya, pis və çirkin olanlardan uzaq olmaq, hal və hərəkətlərində diqqətli, danışıq tərzində və sözlərində ağıllı olmağa çalışmaqdır.

Ətraflı| Şərhlər: 0 | Дата: 1 Noyabr, 2007
 
3532 səhifədən 3511 << < 3507 3508 3509 3510 3511 3512 3513 3514 3515 > >>
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com