"Bu gün də olmasa, sabah belə təhlükə cəmiyyət üçün çox qorxulu ola bilər". Daxili İşlər naziri Ramil Usubov bunu oktyabrın 29-da Milli Təhlükəsizlik Nazirliyinin bir qrup vəhhabiyə qarşı həyata keçirdiyi əməliyyatdan sonra deyib.
"Dinə etiqad azaddır. Amma əgər radikalizmlə bağlı, din pərdəsi altında belə təbliğatlar gedirsə, bu, cəmiyyət üçün çox təhlükəlidir. Hər bir vətəndaş belə halların qarşısını almaq üçün özü tədbir görməlidir. Öz gücü çatmırsa, hüquq-mühafizə orqanlarına müraciət etməlidir", - deyə Ramil Usubov vurğulayıb.
Nazir qeyd edib ki, dövlət də öz növbəsində, lazımi tədbirlər görür. Ramil Usubov xatırladıb ki, Azərbaycan 90-cı illərin əvvəllərində ən çox terrordan əziyyət çəkən ölkələrdəndir.