Dəvəçi vəhhabilərinin imamı sayılan 1970-ci il təvəllüdlü Mirzə Əlibəy oğlu Əlibəyov həbs edilib. APA-nın şimal bürosunun xəbərinə görə, M. Əlibəyov yerli məhkəmənin qərarı ilə polisə müqavimətdə günahlandırılaraq 15 gün inzibati həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, MTN-in xüsusi təyinatlılarının ötən ayın sonlarında şimal bölgəsində keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı M. Əlibəyovun da yaşadığı evdə axtarış aparılmış, xeyli dini ədəbiyyat müsadirə edilmişdi.