POPULYARXƏBƏRLƏR

Azərbaycanın Qax rayonunun Qax-ingiloy kəndində yerləşən "Müqəddəs Georgi" kilsəsinə yeni keşiş təyin olunub

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Gürcüstan katolikos patriarxı II İlya "Müqəddəs Georgi" məbədinin keşişi İosif Canbazaşvilini geri çağıraraq onun yerinə Georgi Abasaşvilini təyin edib. Yeni təyin olunmuş keşiş bir neçə gündən sonra rayona gələrək səlahiyyətlərinin icrasına başlayacaq. Qax-ingiloy kəndindəki mənbələrdən APA-nın yerli bürosuna daxil olan məlumata görə, G. Abasaşvili üç il bundan əvvəl də bu məbəddə keşiş vəzifəsində çalışıb. Bundan bir il əvvəl isə onu İ. Canbazaşvili əvəz edib. G. Abasaşvilinin keşiş olduğu dövrdə Qax rayonunda yaşayan gürcülərin dinlə bağlı heç bir problemi yaranmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl APA Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İ. Canbazaşviliyə Azərbaycan vətəndaşlığını qəbul etmək üçün 1 ay vaxt verilməsi barədə məlumat yayılıb. Əks təqdirdə isə o, Azərbaycandan departasiya olunacaqdı.

Qax rayon İcra Hakimiyyəti başçısının elm, təhsil və mədəniyyət işləri üzrə müavini Ziyafət Xasayeva bir daha bəyan edib ki, Azərbaycan vətəndaşı olmayan şəxs ölkə ərazisində hər hansı bir dini qurumu təmsil və ya təbliğ edə bilməz: "Görünür, ölkə vətəndaşlığını qəbul etmək istəməyən İ. Canbazaşvilinin Gürcüstana geri qayıtmaqdan başqa çarəsi qalmayıb".

Əlavə edək ki, İ. Canbazaşvili bir qədər əvvəl Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi ilə guya Qax rayonunda fəaliyyət göstərən gürcü kilsəsinin bağlanması barədə Gürcüstan hökumətinə qeyri-obyektiv məlumat verib. Hətta həmin ərəfədə o, Qaxda tarixi abidə kimi qeydiyyata düşmüş Alban kilsəsi olan "Kürmük" məbədinin də gürcülərə məxsus olması barədə iddia irəli sürüb. Lakin hər iki ölkə rəsmilərinin apardıqları araşdırmalar nəticəsində İ. Canbazaşvilinin Gürcüstan hökumətinə qeyri-obyektiv məlumat ötürməsi faktı üzə çıxıb.



Yerləşdirilib:30 Oktyabr, 2007  07:04, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com