Mənəvi Saflığa Dəvət ictimai birliyi Beynəlxalq Mətbuat Mərkəzində 20-ci əsrin görkəmli filosof və mütəfəkkiri Əllamə Təbatəbainin xatirəsinə həsr olunmuş seminar-konfrans təşkil edib. Konfrans Əllamə Təbatəbainin dünyasını dəyişdiyi gün təşkil olunub.
Seminar Konfransı açıq elan edən Mənəvi Saflığa Dəvət ictimai birliyinin sədri Elşən Mustafayev əvvəlcə konfransa gələnləri salamlayıb gəldiklərinə görə öz minnətdarlığını bildirdi.
Elmi təkcə bilməknən deyil gərək bildiyin elmə əməl edəsən deyə davam edən Elşən Mustafayev bu zəmanəmizdə nə qədər alim və filosofların adını çəkə bilərik ki, elmi bildiyi halda, bildiklərinə əməl etmir yəni elmi praktikası yoxdur. Elmin praktikası mənəviyyata aiddir. Məhz elmin praktikası Əllamə Təbatəbaidə izhar eləyib.
Buna görə Əllamə Təbatəbai demək olarki 20-ci əsrin ən dahi filosofudur. Bu cür dahi insanları yaşadılması və təbliğ olunması çox önəmli işlərdəndir. Sonra Vüsalə xanım Abbasova çıxış etdi. Vüsalə xanım Əllamə Təbatəbainin həyat və yaradıcılığından danışdı.
Daha sonra dinşunas mir Kazım çıxış etdi. O İslam ürfanı və Əllamə Təbatəbainin ürfan inkişafında rolu barədə danışdı. Ardınca Doktor Məhəmməd Baqir Saivər çıxış etdi. O isə Əllamə Təbatəbainin filosofluğundan bəhs etdi. İslam fəlsəfəsi və islam fəlsəfəsində onun rolu, fəlsəfənin növləri və filosoflar haqqında danışdı.