Müfafizəkar Cumhuri İslami qəzetinini verdiyi xəbərə görə, İranda əxlaq polisi, "əxlaqsızlıqlar bəyannaməsi" hazırlayıb. Müfafizəkar Cumhuri İslami qəzetinin yayınladığı bəyannaməsində yer alan maddələr, daha çox qadınlara aiddir. Bəyannamənin baş hissəsində makiyaj bölümü var. Makiyaj vuran qadınlar əxlaqa əks olaraq qəbul edilir.
İranın lideri Ayətullah Əli Xameneyi keçən həftə polisin əxlaqsızlığın qarşısını almaq və vəzifəsinin tam olaraq yerinə gətirməsini istəmişdi.
Bəyannamədə olanların bir neçəsini sizə təqdim edirik:
* Dar və qısa paltar geyinmək.
* Şəffaf paltarlar geyinmək.
* Saçları tam olaraq örtməyən baş örtüsü.
* Başı yetərincə örtməyən papaqlar.
* Baş örtüsü yerinə bəzəkli şərf taxmaq.
* Qərb tanınmışlarına oxşar geyinmək.