Türkiyədə qurban kəsiləcək heyvanlar "heyvanları qoruma qanunu" ilə təminat altına alınıb. Belə ki, qurban kəsərkən heyvana əziyyət edənləri, 5199 saylı heyvanları qoruma qanunua görə, 1 645 YTL (1174 AZN) cərimə gözləyir.
Avstriyada müsəlmanların sayı 2010-cu ildə protestantları keçəcək. Belə ki, son 30 il ərzində Avstriyada xristianların sayı azalıb, bunun əksinə olaraq müsəlmanların sayı artmaqdadır.
İranda "Qışda hicabsızlığa qarşı mübarizə" layihəsi fəaliyyətə başlayıb. Layihə barədə jurnalistlərə açıqlama verən Tehran polisinin rəisi Əhməd Rza Radan deyib ki, qış aylarında əxlaq təhlükəsizliyinə nəzarət gücləndiriləcək.
Avstriyada universitet parklarının birində hicablılar və müsəlmanları təhqir etmək üçün qoyulmuş hicablı çılpaq qadın heykəli naməlum şəxslər tərəfindən parça parça edildi.
Mustafa Cəmilov deyib ki, hazırda radikal müsəlman icmaları Krım tatar xalqı üçün mürəkkəb problemlər yaratmağa başlayırlar. Ukrayna Ali Radasının deputatı, Krım tatar məclisinin (qeyri-rəsmi milli parlamentin) sədri Mustafa Cəmilov yarımadada radikal müsəlman icmalarının peyda olduğunu bildirib.
Sudan hakimiyyəti Məhəmməd peyğəmbəri təhqir edən britaniyalı müəllimə Cillian Qibbonsu azad edib. "Röyters" agentliyinin məlumatına görə, o, Britaniyanın bu ölkədəki səfirliyinin işçilərinə təhvil verilib. O, bu yaxınlarda ölkəni tərk etməlidir.