Cümə axşamı günü dünyanın 70 ölkəsindən gəlmiş qeyri-hökumət təşkilatlarının üzvlərindən ibarət 4 min qonağın iştirakı ilə İstanbulda beynəlxalq və mədəniyyət konfransları mərkəzində Qüds konfransı işə başlayıb.
İslam-Azeri-nin İRNA-ya istinadlı məlumatına əsasən , Qüdsi-şərifin işğal edilməsinin 40-cı ildönümü ilə eyni vaxta keçirilən bu konfransda, müxtəlif qruplar o cümlədən "Milli Ərəb Konqresi", "Milli İslam Konqresi", "Avropa və İslam Təşkilatları Birliyi", "Fələstinlilərə Hüquqi Yardım Fondu", "Təcavüz Əleyhinə Mübarizə Fondu", habelə dünyanın 70 ölkəsindən Fələstin məsələsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarından bir çoxu İstanbul konfransına qatılıb.
Bu konfransda, Qüds və Fələstin mövzusunda fəaliyyət göstərən qurumlar arasında islam və xristianlıq abidələri və ziyarətgahlarının himayəsi naminə əməkdaşlıqların gücləndirilməsi barədə sənədin imzalanması gözlənilir.
Qüds və Fələstin hövzəsində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələri genişləndirmək yollarını araşdırmaq bu konfransın digər hədəfini təşkil edir.