Müsəlmanların hər il İslamın müqqəddəs yerləri olan Məkkə və Mədinəni ziyarəti zamanı Krallıq ərazisində həmvətənlərinin qəbulunun və qalmasının təşkili üçün Rusiyanın həcc missiyası noyabrın 15-də Səudiyyə Ərəbistanına yola düşmüşdür. RF höküməti yanında Dini birliklərin məsələləri üzrə Komissiyanın məsul katibi Andrey Sebentsovun dediyinə görə, missiyanın tərkibinə Rusiya regionları müsəlmanlarının dini idarələrinin rəhbərləri və nümayəndələri, icmaların liderləri, tərcüməçilər və həkimlər daxildirlər.
Missiya cəmi 200 nəfərdən ibarətdir. Sebentsov bildirmişdir ki, həcc ziyarətinin təşkilatçıları dindarların həyatının, sağlamlığının, habelə nəqliyyatın sığortalanmasını təmin etməyə, hər bir zəvvarın həcc mərasimlərinə hazır olmasına və insanların kütləvi surətdə toplaşdıqları zaman mümkün olan qeyri-adi hallarda özünü düzgün aparmasına çalışırlar.