 | POPULYARXƏBƏRLƏR |




|
 Vüsal Əliyev
“İndi sensasiyadan yazmaq lazımdır... Bax, yağdı yağış, “i tut je” çıxdı Günəş!” Mərhum sənətkarımız Yaşar Nurinin “Ordan-burdan” tamaşasında canlandırdığı fotoqraf Əli bəyin dostu, jurnalist Həmidə yazı mövzusuna dair verdiyi nəsihəti, yəqin ki, xatırladınız.
Ətraflı| Şərhlər: 0 | Дата: 22 Fevral, 2018
|
“Allahın bəxş etdiyi nemət” ifadəsini tez-tez eşidir və ünsiyyət zamanı istifadə edirik. Bəs nədir bu nemət? Necə olur? Bəlkə dəbdəbəli villadır? Ya bank hesabında 1 milyon dollar? Yaxud ən son model brend avtomobil? Bəlkə xoşbəxt ailə, əməli-saleh övladlardır Allahın neməti?.. Əlbəttə, Allahın neməti bütün həyatımızı əhatə edir, hər addım, hər baxış, hər nəfəs İlahi nemətdir. Amma bəzən bu nemət elə formada təzahür edir ki, onun nemət olması bir yana, hətta bəla və dərd kimi dəyərləndirilir. Həyatda baş verən iki real hadisəyə nəzər saldıqdan sonra fikirlərimizi tamamlayarıq.
Ətraflı| Şərhlər: 1 | Дата: 25 Yanvar, 2018
|
Son günlər dini cameəni təlatümə gətirən hadisə bir çox xoşagəlməz hallara yol açdı. İş hətta aşkar təhqirlərə qədər gedib çıxdı. Nə qədər qəribə və acınacaqlı görünsə də, cümə namazlarında bir səfdə duran, Məhərrəmlik məclislərinə eyni şövqlə qatılan şəxslər ani düşmənə çevrildilər. Səbəb isə bir məddahın ifası idi. Bu ifa da nifaq toxumu rolunu oynadı və oynamaqda da davam edir, proses dərinləşir. Biz də məsələ ilə bağlı 1-2 kəlmə söyləmək istərdik.
Ətraflı| Şərhlər: 17 | Дата: 15 Yanvar, 2018
|
Şair qeyzə gəldi. Kişi donuz ətindən hazırlanmış kolbasa yemək istəyən məqamda iştahasını pozublar, halal kolbasa təklif ediblər. Şair də od püskürdü! Status guppuldatdı şair!.. Biz isə şairə (şəstlə “şair” də yazırıq... Füzulinin ruhu bizi lənətləməsə yaxşıdır... ) 1-2 kəlmə deməzdən öncə bəzi məsələlərə aydınlıq gətirək.
Ətraflı| Şərhlər: 12 | Дата: 10 Yanvar, 2018
|
Bu günlərdə şəxsiyyətinə və elminə böyük hörmət etdiyim ustadlardan biri şəxsi FB səhifəsində çox gözəl təşəbbüslə çıxış etdi: ənənəvi olaraq minbərlərdən və dini toplantılarda bizə hədis kimi təqdim edilən ifadə və cümlələrə aydınlıq gətirdi, bildirdi ki, bunlar heç də hədis yox, müxtəlif zaman kəsiyində müxtəlif şəxslər tərəfindən səsləndirilən kəlamlardır (Məsələn, "Namaz möminin meracıdır", "Ümmətimin alimləri Bəni-İsrail peyğəmbərlərindən əfzəldir", "Hakimiyyət küfr ilə qalar, zülm ilə qalmaz", "Mədə bütün xəstəliklərin evidir", "Elmi kişilərin ağzından eşidin, kitablardan deyil" və s.). Özü də sübut və dəlillərlə.
Ətraflı| Şərhlər: 14 | Дата: 27 Dekabr, 2017
|
Əvvəlcə bu fotolara nəzər salaq...
Ətraflı| Şərhlər: 3 | Дата: 18 Dekabr, 2017
|
Son zamanlar Azərbaycanda çoxluq təşkil edən şiə məzhəbinin davamçıları sırasında müxtəlif qruplar peyda olub. Bəziləri müctəhidləri baltalayır, bəziləri “bizə Quran kifayətdir” deyir, bir qismi də nəinki əhli-sünnəni, hətta əhli-sünnə ilə vəhdətə dəvət edən hər kəsi, o cümlədən bu günün və keçmişin böyük alimlərini təkfir edir, onlara lənət oxuyur. Bu qrupların ideya baxımından hardan və nədən qaynaqlanması, həmçinin onların arxasında kimlərin dayanması ilə işimiz yoxdur, bu, başqa bir mövzudur. Sözümüzün canı nədir?..
Ətraflı| Şərhlər: 29 | Дата: 4 Dekabr, 2017
|
Özünü ilahiyyatçı kimi təqdim edən bir nəfər müsahibə verərək deyib ki, “Quran müqəddəs kitab deyil”. Sonra da sözlərini isbatlamaq üçün əlavə edib: “Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”. Bildirib ki, bu Kitabın digərlərindən heç bir fərqi yoxdur. Mübahisə etmək fikrimiz yoxdur. Sadəcə olaraq bəzi fikirlərimizlə bölüşmək istərdik.
Ətraflı| Şərhlər: 10 | Дата: 24 Noyabr, 2017
|
Tez-tez baş verməsə də, mütəmadi olaraq xəbər lentlərində dünyanın müxtəlif guşələrində meydana gələn belə faciələr haqqında oxuyuruq: hansısa zooparkda vəhşi aslan (pələng, bəbir, timsah və s.) onu yemləyən, qayğısına qalan işçini parçalayıb.
Ətraflı| Şərhlər: 1 | Дата: 23 Noyabr, 2017
|
Sabah Ərbəindir. Növbəti Məhərrəmlik, matəm mövsümü sona çatmaqdadır. Bu il də müsəlmanlar əsirlərin ənənəsinə sadiq qalaraq Aşura gününü qeyd etdilər. Azərbaycan da bu ümmətin ayrılmaz parçası, Əhli-beyt aşiqlərinin yurdu olaraq Kərbəla hadisələrini yad etdi, hərə öz daxili tutumuna görə Peyğəmbər (s) ailəsinin müsibətinə yas saxladı. Bu il Aşura mərasimləri hətta o qədər izdihamlı oldu ki, bəzi ünsürlər artıq milli mentallığımızın və milli kimliyimizin bir hissəsinə çevrilmiş bu məclislərə mütəşəkkil surətdə Səlib yürüşü keçirməyi özlərinə borc bildilər. Amma Əhli-beyt məktəbinin bu torpaqlarda ta Qiyamətə qədər mövcud olacağını yalnız axmaq anlamaya bilər ki, bunun da geridə buraxdığımız günlərdə bariz nümunələrinə şahidlik etdik. Ərbəin ərəfəsində gerik boylanaraq bir düşündürücü, bəlkə də narahat edən məqama toxunmaq istərdik...
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Noyabr, 2017
|
|
|
11 səhifədən 4 << < 1 2 3 4 5 6 7 8 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|